Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    17 Fevral 2026 00:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və “Qurani-Kərim”dən ayələrin tilavəti ilə başlayıb.

    AzerVoice Qərbi Azərbaycan İcmasına istinadən xəbər verir ki, QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirib ki, Qərbi Azərbaycan İcmasının 2022-ci ildə təsis olunması dövlət başçısının uzaqgörən siyasətinin təzahürüdür və soydaşlarımızın doğma yurdlarına qayıdışı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. O vurğulayıb ki, QMİ beynəlxalq platformalarda Qərbi Azərbaycanla bağlı həqiqətləri mütəmadi olaraq gündəmə gətirir və dini-mənəvi irsin qorunması məsələsini daim diqqətdə saxlayır.

    Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxışında İrəvanın və ümumilikdə Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsindən bəhs edib. O bildirib ki, bu ərazilərdə mövcud olmuş məscidlər, qəbiristanlıqlar və memarlıq abidələri sistemli şəkildə dağıdılıb. İcma sədri vurğulayıb ki, həmin irsin qorunması və bərpası təkcə milli məsələ deyil, eyni zamanda beynəlxalq hüquq və insan haqları kontekstində də mühüm əhəmiyyət daşıyır.

    Ə. Ələkbərli xatırladıb ki, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev icma ilə görüşündə Qərbi Azərbaycana qayıdışla bağlı yol xəritəsini təqdim edib və bu prosesin sülh yolu ilə, ləyaqətli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, icma tarixi torpaqlara qayıdış missiyasını öz üzərinə götürüb və bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

    İcma sədri qeyd edib ki, uzun illər Qarabağ məsələsi əsas diqqət mərkəzində olduğundan Qərbi Azərbaycan mövzusu müəyyən qədər arxa planda qalıb. Bununla belə, deportasiya və təzyiqlərə baxmayaraq, Qərbi azərbaycanlılar öz dini kimliyini və ana dilini qoruyub saxlayıblar.

    Çıxış zamanı maarifçi Firidun bəy Köçərlinin İrəvan şəhəri barədə fikirlərinə istinad olunub, həmçinin tədqiqatçı İvan Şopenin araşdırmalarına əsasən, vaxtilə İrəvanda 12 məscidin mövcud olduğu bildirilib. Qeyd olunub ki, İrəvanın Təpəbaşı məscidinin yalnız qalıqları günümüzə gəlib çatıb, digər məscidlərin əksəriyyəti isə tamamilə məhv edilib. Ümumilikdə 17 mahalı əhatə edən coğrafiyada 500-dən artıq məscidin mövcudluğu müəyyən edilib, təxminən 300 məsciddən isə heç bir iz qalmayıb.

    Ə. Ələkbərli diqqətə çatdırıb ki, bir çox müsəlman qəbiristanlıqları dağıdılıb, onların ərazisində yollar və müxtəlif obyektlər salınıb. O vurğulayıb ki, QMİ ilə birgə bu istiqamətdə həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə əməkdaşlıq davam etdiriləcək.

    Tədbirdə çıxış edən QMİ sədrinin müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov İrəvan qazılığının tarixi kökləri və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, İrəvan qazılığı bölgədə müsəlman icmasının dini-mənəvi həyatında mühüm rol oynayıb. Arxiv sənədlərinə əsaslanan faktlara istinad edən qazı qeyd edib ki, deportasiyalar nəticəsində bölgədəki zəngin dini irs və institusional idarəçilik sistemi faktiki olaraq fəaliyyətini dayandırıb.

    Bəxtiyar Nəcəfov əlavə edib ki, İrəvan qazılığının tarixinə dair geniş tədqiqat işi aparılıb və bu mövzuya həsr olunmuş kitab artıq çapa tam hazırdır. Arxiv materialları və tarixi mənbələr əsasında hazırlanmış nəşr elmi faktlarla zəngindir və tarixi həqiqətlərin qorunmasına xidmət edəcək.

    Digər çıxış edənlər – İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Nəzarət-Təftiş Komissiyasının və Allahverdi İcmasının sədri Vahid Novruzov, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Keşkənd İcmasının sədri, professor Mahirə Hüseynova, Qərbi Azərbaycan Televiziyazının rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Amasiya İcmasının sədri akademik Abel Məhərrəmov, İcmanın Nərimanov rayon nümayəndəsi və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Dini Qurumlarla Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, deputatlar Fazil Mustafa, Fariz İsmayılzadə, Anar İsgəndərov, Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev Qərbi Azərbaycan məsələsinin dövlətin strateji gündəliyində xüsusi yer tutduğunu vurğulayıblar.

    Çıxışlarda milli həmrəylik, tarixi ədalətin bərpası, maarifləndirmənin gücləndirilməsi və soydaşlarımızın doğma torpaqlarına qayıdışı məsələlərinin prioritet olduğu qeyd edilib.

    #Qafqaz Müsəlmanları İdarəsi #Qərbi Azərbaycan İcması #Əziz Ələkbərli #şeyxülislam Allahşükür Paşazadə #İrəvanın Təpəbaşı məscidi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib

    22 İyun 2026 20:02

    Qərbi Azərbaycan İcmasında “Davamlı Sülh və Qaçqınların Qayıdış Hüququ: Beynəlxalq Hüququn Rolu” mövzusunda beynəlxalq konfrans keçirili

    2 May 2026 23:54

    Bosniya: Müstəqillik arzusu və müsəlmanların qətliamı - heç vaxt unudulmayacaq gerçəklər

    6 Aprel 2026 11:00

    İran Azərbaycana təşəkkür etdi

    3 Aprel 2026 15:37

    Fitrə zəkatının məbləği açıqlandı

    19 Mart 2026 12:33

    “Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı keçirilib

    14 Mart 2026 13:02

    Qərbi Azərbaycan İcması Xocalı soyqırımı abidəsini ziyarət edib

    26 Fevral 2026 14:56

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    16 Fevral 2026 23:11

    “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı

    12 Fevral 2026 23:11

    Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını ayrı-seçkiliyə yol verməməyə və qayıdış hüququna dəstək verməyə çağırır

    11 Fevral 2026 17:31

    Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları pisləyib

    9 Fevral 2026 10:23
    XƏBƏR LENTİ

    Netanyahu ABŞ-a planlaşdırılan səfərini ləğv edib

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    İsrail İranla sülh danışıqlarını pozmağa çalışır - Vens

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    İstanbulda xəstəxana təmir olunacaq

    İranın çoxsaylı hava hücumlarının qarşısı alınıb - Bəhreyn ordusu

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    “AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumlarına qarşı xəbərdar edib

    Antalya Hava Limanında sərnişin axını 13 milyonu ötüb (ÖZƏL)

    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.