Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix / Ramazan bələdçisi: Tarix və hikmət
    Ramazan bələdçisi: Tarix və hikmət

    Fitrə zəkatının məbləği açıqlandı

    19 Mart 2026 12:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fitrə zəkatının məbləği açıqlandı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Qazılar Şurasının Fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

    VOA xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin bayram təbrikində əksini tapıb.

    "Bismillahir-rəhmanir-rəhim!

    Möhtərəm həmvətənlərimiz, əziz müsəlman qardaş və bacılarımız!

    İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən Azərbaycan və dünya müsəlmanlarını təbrik edir, Allah-Taaladan oruc ibadətlərimizin qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

    Bu il Rəbbimizin vacib ilahi əmri olan müqəddəs Ramazan Bayramı Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz Bayramı ilə üst-üstə düşür ki, bu da onların mübarəkliyini və ülviliyini daha da artırır. Uca Yaradana həmd-sənalar olsun, biz müsəlmanlar bu müqəddəs və mübarək bayramları Ulu Rəbbimizin Lütfü, Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edən, qəlbindəki ülvi arzuları dirçəldən məqamlar kimi dəyərləndirir, şükürlər edirik.

    Uca Allaha çox şükürlər olsun ki, əziz bayramlarımız dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına və beynəlxalq miqyasda yeni zirvələrin fəthinə rəvac verir. Azad Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri, soydaşlarımızın dədə-baba yurdlarına Böyük Qayıdışı, həyat şəraitlərinin yüksək səviyyədə təmin olunması hər birimizin qəlbini fərəhləndirir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev cənablarının möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində, müdrik layihə və təşəbbüslərdə görür, bütün sahələrdə qazanılan nailiyyətlərin yüksəliş yolunu təqdir edir.

    Allaha şükürlər olsun ki, dövlət rəhbərimizin milli-mənəvi dəyərlərimizə, İslami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəni abidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasını təcəssüm etdirir. Bu gün Qarabağın işğaldan azad olmuş bütün məkanlarında, o cümlədən, azad Şuşa və Xankəndində bayram ibadətlərində, qədim ənənələrə uyğun Novruz tonqalları ətrafında bizlərə, bütün xalqımıza bayram sevincini yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun müzəffər sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk.

    Qarabağ Zəfəri daim hər bir azərbaycanlının dualarında olmuşdur. Həsrətində olduğumuz Qələbə naminə övladlarımız Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər. Onların hər birinin boynumuzda haqları vardır, bu əziz Ramazan və Novruz günlərində Vətən uğrunda şəhid olan, Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-Təaladan şəfaət diləmək bizim vəfa borcumuzdur.

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi Fətvaya əsasən, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə martın 20-nə təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır.

    Əziz həmvətənlər! Bir daha əziz bayramlar – Eydül-Fitr səadətinə yetişən bütün dünya müsəlmanlarını, o cümlədən, Novruz sevincini yaşayan xalqımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımızı yetiririk. Uca Allah bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Allah-Təala dünyadakı qarşıdurmaların tezliklə sülh və danışıqlar yolu ilə bitməsini nəsib etsin! Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlət rəhbərimizi müzəffər, xalqımızı hər zaman qalib qərar versin! Allah-Təala Azərbaycanı qorusun!", - Ramazan bayramı təbrikində bildirilib.

    #Qafqaz Müsəlmanları İdarəsi #Allahşükür Paşazadə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Bosniya: Müstəqillik arzusu və müsəlmanların qətliamı - heç vaxt unudulmayacaq gerçəklər

    6 Aprel 2026 11:00

    İran Azərbaycana təşəkkür etdi

    3 Aprel 2026 15:37

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    17 Fevral 2026 00:03

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    16 Fevral 2026 23:11

    Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib

    14 Yanvar 2026 11:49

    Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

    13 Dekabr 2025 13:18

    Allahşükür Paşazadə Romada Əl-Əzhər şeyxi ilə görüşüb

    29 Oktyabr 2025 09:43

    Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşdan Bakı mesajı

    15 Sentyabr 2025 15:46

    Gələn il Dünya Ağsaqqallar Şurası Azərbaycanda böyük konfrans keçirə bilər

    6 İyun 2025 09:42

    Allahşükür Paşazadə Ağdamdan dünya dini liderlərinə çağırış etdi

    7 Noyabr 2024 15:20

    Azərbaycanlı zəvvarlar Həcc ziyarətini yerinə yetirirlər

    12 İyun 2024 11:12
    XƏBƏR LENTİ

    İraqda hansı qruplar silahları təhvil verməyib?

    Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.