Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

    16 Fevral 2026 17:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin birgə təşkilatçılığı ilə IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib. Forum ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində baş tutub.

    AzerVoice xəbər verir ki, forumda dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, akselerasiya və inkubasiya mərkəzlərinin təmsilçiləri, investorlar, aqrar startapçılar, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər iştirak ediblər.

    IV Aqrar Startaplar və İnnovasiya Forumunda aqrar startapçıların, akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də özəl sektor nümayəndələrinin təqdim etdiyi innovativ həll və texnologiya nümunələri sərgilənib.

    Sərgidə müxtəlif müsabiqə və yarışların qalibləri, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində iştirak edən 90-dan çox startapçı 43 innovativ məhsulla təmsil olunub. Eyni zamanda 20 ali təhsil müəssisəsi, 20-dən artıq akselerasiya və inkubasiya mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları və aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər öz məhsul və xidmətlərini təqdim ediblər.

    Nümayiş olunan layihələr arasında süni intellekt əsaslı suvarma sistemləri, aqrorobot texnologiyaları, torpaq və məhsul monitorinqi həlləri, alternativ enerji və bioyanacaq layihələri, ağıllı istixana sistemləri və rəqəmsal aqrar platformalar yer alıb.

    Forumun rəsmi açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, ölkəmizdə kənd təsərrüfatına artan marağı nəzərə alaraq, bu sərginin xüsusi əhəmiyyəti vardır. “ADA Universitetində Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yaradılmasından artıq iki ildən çox vaxt keçir. Bu müddət ərzində fakültənin inkişafında belə təşəbbüs və platformaların rolu əvəzsizdir. Sərgi çərçivəsində startap layihələrinin stendlərini izləyərkən tələbələrimizin öz işlərini böyük həvəslə və inamla təqdim etməsi gənclərin bu sahəyə olan sevgisinin və marağının bariz göstəricisidir”, – deyə rektor əlavə edib.

    Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, müasir dövrdə qlobal iqtisadiyyat innovasiya əsaslı inkişaf modelinə keçir. Azərbaycan da dünya iqtisadi sisteminə inteqrasiya prosesində iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında innovativ və rəqəmsal yanaşmaların tətbiqini genişləndirir.

    Kənd Təsərrüfatı Nazirliyinin startap ekosisteminin inkişafına xüsusi diqqət yetirdiyini deyən nazir, gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə müsabiqələr, hakatonlar və innovativ layihələr həyata keçirildiyini bildirib. O əlavə edib ki, nazirlik tərəfindən aqrar startaplara göstərilən mövcud dəstək tədbirləri ilə yanaşı, aqrar startap ekosisteminin genişləndirilməsi və fermerlərin innovativ xidmətlərdən istifadəsinin təşviqi planlaşdırılır.

    Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında aqrar sahədə innovasiyaların tətbiqinin strateji əhəmiyyətinə toxunub, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, iqlim dəyişiklikləri fonunda resurslardan səmərəli istifadənin vacibliyinə, süni intellekt əsaslı həllərin tətbiq perspektivlərinə diqqət çəkib.

    O bildirib ki, forumda iştirak edən startapçılar may ayında keçiriləcək Caspian Agro – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində öz innovativ həllərini təqdim edəcəklər.

    Çıxışlardan sonra aqrar startaplar haqqında videoçarxlar nümayiş olunub və uğurlu startapçılar forum iştirakçılarına öz innovativ layihələrinin təqdimatını həyata keçiriblər.

    Daha sonra akselerasiya və inkubasiya mərkəzlərində mentorluq dəstəyi alan və layihələrini təkmilləşdirən startapçılar sertifikatlarla təltif olunublar.

    Forum çərçivəsində həmçinin “Aqrar startaplar ekosisteminin inkişafının perspektivləri” və “İnnovasiyaların formalaşdırılması və tətbiqində bilik və akademiyanın rolu” mövzularında panel müzakirələr keçirilib.

    Müzakirələrdə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların kommersiyalaşdırılması və investisiya mühitinin təkmilləşdirilməsi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, IV Aqrar Startaplar və İnnovasiya Forumu aqrar innovasiya ekosisteminin gücləndirilməsi, startapların bazara çıxış imkanlarının genişləndirilməsi, investorlarla əməkdaşlığın qurulması və elmi biliklərin praktik tətbiqinin təşviqi baxımından mühüm platforma rolunu oynayır.

    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
    #Kənd Təsərrüfatı Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib

    21 May 2026 19:13

    Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

    1 May 2026 20:58

    Məcnun Məmmədov Naxçıvanda fermerlərlə görüşüb

    3 Aprel 2026 09:59

    Məcnun Məmmədov Macarıstan səfiri və TDT rəsmiləri ilə aqrar əməkdaşlığı müzakirə edib

    31 Mart 2026 14:58

    Azərbaycan və İtaliya arasında aqrar sahədə əlaqələr müzakirə olunub

    24 Mart 2026 16:50

    Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri AQTA rəhbərliyi ilə görüşüb

    13 Mart 2026 11:10

    Azad olunmuş ərazilərdə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq

    12 Mart 2026 14:05

    Milli Məclisdə aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

    11 Mart 2026 21:40

    Fərid Nəcəfov Masallıda vətəndaşları qəbul edib

    25 Fevral 2026 16:04

    Məcnun Məmmədov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

    25 Fevral 2026 14:51

    Qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri davam etdirilir

    24 Fevral 2026 16:22

    Məcnun Məmmədov Ucarda vətəndaşları qəbul edib

    20 Fevral 2026 16:46
    XƏBƏR LENTİ

    Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BMT Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    Livandakı atəşkəs müharibənin sonu üçün vacibdir - İran

    Rusiyada təyyarə yanacağı ixracı dayandırılıb

    Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

    Hazırda yayılan məlumatlar yalnız spekulyasiyadır - Əraqçi

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

    Prezident İlham Əliyev: Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik

    ASELSAN 845 milyon dollarlıq yeni müqavilə imzladı

    Prezident İlham Əliyev: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.