Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    SOCAR-ın “Elm və təhsil fondu”ndan elmi müəssisələrə böyük dəstək: Qaliblər elan olundu

    12 Fevral 2026 10:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    SOCAR-ın “Elm və təhsil fondu”ndan elmi müəssisələrə böyük dəstək: Qaliblər elan olundu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    SOCAR-ın “Elm və Təhsil Fondu”nun 2025-ci il üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələr arasında elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

    AzerVoice xəbər verir ki, müsabiqə neft-qaz sənayesi, alternativ enerji və yaşıl energetika sahələrində aktual elmi problemlərin tədqiqi, innovativ nəticələrin əldə olunması və texnoloji potensialın təşviqi məqsədilə təşkil olunub.

    SOCAR-ın “Elm və Təhsil Fondu”nun İdarə Heyətinin qərarına əsasən, aşağıdakı istiqamətlər üzrə layihələr qalib elan olunub:

    • Neft və qaz hasilatı: Quyuların sulaşmasına qarşı mübarizə, az debitli quyularda neft-su nisbətinin artırılması və hasilatın optimallaşdırılması üçün proqram təminatlarının yaradılması (Riyaziyyat İnstitutu, Neft və Qaz İnstitutu).

    • Geologiya və geofizika: Abşeron yataqlarında şaquli hərəkətlərin InSAR texnologiyası ilə monitorinqi, qeyri-struktur tipli tələlərin aşkarlanması və neft-qaz potensialının qiymətləndirilməsi (Geologiya və Geofizika İnstitutu).

    • Neft-kimya və ekologiya: Ekoloji təmiz mühərrik yanacaqlarının istehsalı, neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün hibrid metodlar və çoxfunksiyalı inhibitorların sintezi (Neft-Kimya Prosesləri İnstitutu).

    • İnnovasiyalar və rəqəmsallaşma: Neft hasilatında enerji sərfinin optimallaşdırılması üçün süni intellekt (dərin təlim) modelləri və rəqəmsal xidmət infrastrukturu alqoritmlərinin işlənilməsi (İnformasiya Texnologiyaları İnstitutu).

    • Nanotexnologiyalar: Neft sənayesi üçün yeni nəsil nanokompozit materialların alınması və modifikasiya olunmuş nanohissəciklərin tədqiqi (Fizika İnstitutu).

    Qeyd edək ki, layihələr karbohidrogen hasilatı, nəqli, emalı və sahənin dayanıqlı inkişafı kimi prioritet istiqamətləri əhatə edir.

    #Elm və Təhsil Nazirliyi #SOCAR
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb

    13 Avqust 2026 12:05

    ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

    12 Avqust 2026 09:54

    Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov

    6 Avqust 2026 16:05

    Bakı Qızlar Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb

    3 Avqust 2026 18:27

    Azərbaycanı beynəlxalq enerji sənayesində uğurla təmsil edən mütəxəssis – Hüseyn Hacıyev kimdir?

    2 Avqust 2026 04:00

    Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb

    30 İyul 2026 18:12

    Azərbaycanda Türk Dünyası Həftəsi keçirilir

    29 İyun 2026 10:12

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib

    25 İyun 2026 09:34

    Birinci Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

    19 İyun 2026 12:29

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    9 İyun 2026 13:16

    Abşeron yatağından Türkiyəyə qaz tədarükü ilə bağlı müqavilə imzalanıb

    1 İyun 2026 17:35

    Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

    8 May 2026 18:35
    XƏBƏR LENTİ

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.