Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək

    2 Fevral 2026 17:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha dörd sosial müavinət növü proaktiv mexanizm əsasında təyin olunacaq.

    AzerVoice xəbər verir ki, proaktiv qaydada təyin ediləcək müavinətlər aşağıdakılardır:

    • əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən edilmiş dövr üçün);
    • hamiləliyə və doğuma görə müavinət;
    • 3 yaşınadək uşağa qulluğa görə müavinət;
    • dəfn üçün birdəfəlik müavinət.

    Yeni mexanizmə uyğun olaraq, vətəndaşların bu müavinətləri alması üçün heç bir dövlət qurumuna müraciət etməsinə və əlavə sənəd təqdim etməsinə ehtiyac olmayacaq. Müavinətlər müvafiq informasiya sistemləri üzərindən avtomatik qaydada təyin ediləcək.

    Məlumata görə, sözügedən müavinət növlərinin proaktiv qaydada təyin edilməsinə 2026-cı il mayın 1-dən etibarən başlanacaq.

    Qərarda, eyni zamanda, minimum dövlət sosial standartları (MDSS) əsasında hesablanan bəzi müavinətlərin ödəniş qaydalarının və müddətlərinin daha humanist yanaşma prinsipləri əsasında təkmilləşdirilməsi də nəzərdə tutulub.

    Qeyd edək ki, son illər sosial sahədə həyata keçirilən genişmiqyaslı rəqəmsallaşma proqramları nəticəsində hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin 90 faizdən çoxu elektron formada vətəndaşlara təqdim olunur.

    #Azərbaycan #Bakı #Nazirlər Kabineti #Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

    10 Avqust 2026 22:31

    2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

    10 Avqust 2026 17:59

    Azərbaycan Ekvadoru Milli Günü münasibətilə təbrik edib

    10 Avqust 2026 16:14

    Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri KOBİA rəhbəri ilə görüşüb

    10 Avqust 2026 16:11

    Hikmət Hacıyev Vaşinqton sammitinin ildönümü ilə bağlı paylaşım edib

    8 Avqust 2026 16:51

    Sülh prosesində ötən ilin ən mühüm hadisəsi Ağ Evdəki görüş oldu - Metyu Brayza

    8 Avqust 2026 13:56

    ABŞ Vaşinqton sammitindən bir il sonra Azərbaycan və Ermənistan münasibətlərindəki irəliləyişi qiymətləndirib

    8 Avqust 2026 12:59

    Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan

    8 Avqust 2026 10:35

    Vaşinqton sammitinin ildönümündə TRIPP-in praktiki icrasına keçməyin vaxtı çatıb - Sekuta

    8 Avqust 2026 10:34

    Vaşinqtondan başlanan yeni mərhələ: Prezident İlham Əliyevin sülh siyasəti və Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsi

    8 Avqust 2026 10:30

    Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

    6 Avqust 2026 21:39

    Zelenski Ceyhun Bayramovla Azərbaycan-Ukrayna strateji tərəfdaşlığını müzakirə edib

    6 Avqust 2026 20:38
    XƏBƏR LENTİ

    Husilərin hücumları nəticəsiz qalmayacaq - Yəmən hökuməti

    İran İsrailin Livana qarşı hücumlarını pisləyib

    Sudan ordusunun hərbi uğurları siyasi razılaşmaya çevrilə bilərmi?

    Fənərbaxçanın avtobusuna silahlı hücum - 11 il sonra 5 şübhəli saxlanıldı

    Viza randevularını botlarla ələ keçirib 918 milyon lirə qazandılar

    Davosdan Əminə Ərdoğana xüsusi dəvət - Türkiyənin “Sıfır Tullantı” vizyonu müzakirə olunacaq

    İrlandiya üzərində qələbə Əfqanıstana Dünya Kuboku bileti qazandırdı

    İnfantinonun vəzifədən uzaqlaşdırılması “dəhşətli səhv” olar - Tramp

    Küveyt birjasında necə investisiya etmək olar?

    Suriyada gizli nüvə materiallarının çıxarılması üzrə razılaşma əldə edilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.