Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Diaspor gəncləri müxtəlif layihələrdə birləşir

    2 Fevral 2026 15:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Diaspor gəncləri müxtəlif layihələrdə birləşir
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Azərbaycanın gəncləri bu günün fəal vətəndaşları olmaqla yanaşı, ölkəmizin parlaq gələcəyinin qurucularıdır. Gənclərin bilik və bacarıqlarının artırılması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, eləcə də beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi dövlətimizin dayanıqlı inkişaf strategiyasının prioritet istiqamətlərindəndir.

    AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlı gənclərin iştirakı ilə ardıcıl və genişmiqyaslı layihələr həyata keçirir.

    2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara, xüsusilə gənclərə tarixi Vətənlə əlaqələrini daim qoruyub saxlamaq, mütəmadi olaraq Azərbaycana səfər etmək, ana dilini unutmamaq, Azərbaycan tarixini və mədəniyyətini dərindən öyrənmək barədə verdiyi tövsiyələr Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində əsas istiqamət kimi müəyyən edilib.

    Gənclərə yönəlik layihələr çərçivəsində ölkəmizin müxtəlif şəhərlərində, xüsusilə işğaldan azad olunan ərazilərdə təşkil edilən Diaspor Gənclərinin Yay Düşərgələri hər il dünyanın 60-dan çox ölkəsindən yüzlərlə gənci bir araya gətirir. Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birlikdə təşkil etdiyi düşərgələr xaricdəki azərbaycanlı gənclərin və ölkəmizi sevən xalqların nümayəndələrinin Azərbaycan haqqında bilik və təcrübələrini artırır, onların intellektual və innovativ potensialının reallaşmasını, şəbəkələşmə imkanlarının genişlənməsini stimullaşdırır.

    Komitənin “Diaspor Gəncləri 1+1”, “E-akademiya”, “Azərbaycan Könüllüləri” “Diaspor Gənclərinin Qış Düşərgələri” və digər layihələri xaricdə yaşayan azərbaycanlı gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların ölkəmizə bağlılıq hissini gücləndirir, milli-mənəvi dəyərlərə sədaqətini möhkəmləndirir. Azərbaycanı beynəlxalq müstəvidə layiqincə təmsil etmələrinə təkan verir.
    “Diaspor Gəncləri 1+1” layihəsi iştirakçılara diaspor siyasəti, Azərbaycan tarixi və azad olunan ərazilərdə aparılan bərpayenidənqurma prosesləri haqqında ətraflı məlumat verir, onların milli kimlik və mənəviyyat baxımından daha da zənginləşməsinə şərait yaradır.

    “Liderliyin İnkişafı” diaspor liderlərinin formalaşdırılmasını və beynəlxalq əməkdaşlığın genişləndirilməsini hədəfləyir.

    “Azərbaycan Diaspor Könüllüləri” layihəsi diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkili, yerli və beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi və maarifləndirici aksiyaların həyata keçirilməsi ilə xaricdə yaşayan gənclərin aktivliyini daha da artırır.

    Bununla yanaşı, diaspor gənclərinin fikir və təcrübə mübadiləsinin genişləndirilməsi, aktual çağırışlar ətrafında bir araya gətirilməsi və ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə dünyanın müxtəlif ölkələrində forumlar təşkil olunur. Bu forumlar xaricdə yaşayan azərbaycanlı gənclərin bir araya gələrək diaspor fəaliyyətinin aktual məsələlərini müzakirə etmələrinə, qarşılıqlı təcrübə mübadiləsi aparmalarına və birgə təşəbbüslər formalaşdırmalarına geniş imkan yaradır. Nəticələrin təhlili göstərir ki, forumlar gənclərin diaspor fəaliyyətində daha fəal iştirakını təşviq edir. Onların qlobal miqyasda şəbəkələşməsi, milli maraqlarımızın müdafiəsi istiqamətində koordinasiyalı fəaliyyət göstərməsi və Azərbaycanın səsinin beynəlxalq platformalarda daha güclü şəkildə eşidilməsi işinə mühüm töhfə verir. Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir sıra Azərbaycan evlərinə və həftəsonu məktəblərinə məhz gənclər rəhbərlik edir.

    Xaricdə yaşayan hər bir gənc soydaşımızın diaspor sahəsindəki aktiv fəaliyyəti həmişə dövlətin diqqət mərkəzindədir və yüksək qiymətləndirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi genişmiqyaslı layihələrdə fəal iştirak edən bir çox gənclərimiz “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. Bu təltiflər onların təşəbbüskarlığını yüksək qiymətləndirməklə yanaşı, gənclərə göstərilən diqqət və qayğının ardıcıl dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu açıq şəkildə nümayiş etdirir.

    Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hər il 2 Fevral – Gənclər Günü münasibətilə dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər gənclərin maraqlarının mərkəzləşməsinə və ahəngdar inkişafına, beynəlxalq əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

    #Azərbaycan #Heydər Əliyev Fondu #Diasporla İş üzrə Dövlət Komitəsi #Gənclər Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb - XİN

    18 İyul 2026 19:41

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

    18 İyul 2026 12:53

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    18 İyul 2026 10:42

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    18 İyul 2026 09:11

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21
    XƏBƏR LENTİ

    İordaniyada iki hərbçi İranın hücumları zamanı həlak olub, daha biri itkin düşüb - CENTCOM

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    Oman sahilləri yaxınlığında tanker və hərbi qüvvələr arasında insident qeydə alınıb

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    Xamenei ABŞ-ı "etibarsızlıqda" ittiham edib, milli birliyə çağırış edib

    Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını sərt şəkildə pisləyib

    ABŞ prezidentinin imzası "dəyərsiz və etibarsızdır" - Müctəba Xamenei

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    İranın hücumları Küveytdə yanğınlara səbəb olub, yaralananlar var

    İsrail ordusu Livanın cənubunda "Hizbullah" döyüşçülərinə zərbə endirdiyini açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.