#Gənclər Günü

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şeffild Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Əli və Nino” bədii filmi nümayiş olunub. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, universitetin Azərbaycan Tələbə Cəmiyyətinin təşəbbüsü ilə baş tutan tədbirdə azərbaycanlı və əcnəbi tələbələr iştirak edib.

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Kanadanın Toronto şəhərində “Növbəti Nəsil Kanadalılar” (“The Next Generation Canadians”) adlı Kanada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Nadir Adilov bildirib ki, Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinə böyük diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsində hər il yüzlərlə gənc əmək bazarında layiqli yer tutur və karyera inkişafı üçün dövlət tərəfindən geniş imkanlar yaradılır. Çıxışında o, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta da toxunaraq, bu sənədin 16 dekabr 1966-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edildiyini və 3 yanvar 1976-cı ildə qüvvəyə mindiyini xatırladıb. 2016-cı ilin oktyabr ayına olan məlumata görə, 173 dövlət Pakta qoşulub. Bəzi ölkələr isə əmək hüquqları ilə bağlı müddəaları qəbul etməyib. Azərbaycan bu Pakta 13 avqust 1992-ci ildə qoşulub və həmin tarixdən etibarən onun tərəfdaşıdır.

Azərbaycanın gəncləri bu günün fəal vətəndaşları olmaqla yanaşı, ölkəmizin parlaq gələcəyinin qurucularıdır. Gənclərin bilik və bacarıqlarının artırılması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, eləcə də beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi dövlətimizin dayanıqlı inkişaf strategiyasının prioritet istiqamətlərindəndir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi memarlıq və şəhərsalma sahəsində gənc mütəxəssislərin fəaliyyətini dəstəkləyir, onların ölkənin inkişafında fəal iştirakını təmin etmək məqsədilə geniş imkanlar yaradır. “Biz gənc memarlar, mühəndislər və şəhərsalma mütəxəssislərinin rahat, təhlükəsiz və insanmərkəzli şəhərlərin yaradılmasında verdiyi töhfələri yüksək qiymətləndiririk”, – deyən Anar Quliyev Azərbaycan gənclərini yaradıcı təşəbbüsləri və innovativ ideyaları ilə ölkənin gələcəyinin qurulmasında fəal iştiraka çağırıb.

Prezident İlham Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Trend xəbər verir ki, dövlət başçısı paylaşımında bu əlamətdar günü xüsusi olaraq qeyd edib. Mesajda “2 Fevral – Azərbaycan Gəncləri Günü” ifadəsi yer alıb. Paylaşım Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial və iqtisadi həyatındakı roluna verilən önəmin göstəricisi kimi dəyərləndirilir. Azərbaycan Gəncləri Günü hər il gənclərin potensialının və dövlətin gənclər siyasətinin vurğulanması məqsədilə qeyd olunur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda Azərbaycan gənclərinin ölkənin inkişafında mühüm rol oynadığı vurğulanıb. Mehriban Əliyeva gənclərin əldə edəcəyi uğur və nailiyyətlərin xalqı daim sevindirəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan gənclərinin gələcəkdə də dövlətin tərəqqisinə layiqli töhfələr verəcəyini bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan gənclər və Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları ahıl şəxsləri ziyarət ediblər. 2 fevral - Gənclər Günü münasibətilə təşkil olunan tədbirdə gənclər Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə maraqlı vaxt keçiriblər.