Azərbaycan Milli Məclisinin iyulun 13-də keçiriləcək növbədənkənar sessiya iclasının gündəliyi açıqlanıb. İclasda ümumilikdə 22 qanun layihəsi və saziş müzakirəyə çıxarılacaq. Gündəliyə həm beynəlxalq əlaqələr, həm də daxili qanunvericiliyin müxtəlif sahələrini əhatə edən məsələlər daxil edilib. Deputatlar diplomatik pasport sahibləri üçün Azərbaycan və Sudan arasında viza rejiminin qarşılıqlı ləğvi haqqında sazişi nəzərdən keçirəcəklər. İclasda vergi, gömrük, dövlət satınalmaları, maliyyə bazarları, investisiya, ödəniş sistemləri və biznes mühiti ilə bağlı mühüm dəyişikliklər müzakirə olunacaq. Aqrar sektor, torpaq münasibətləri, daşınmaz əmlak, sosial müdafiə, miqrasiya və enerji effektivliyi sahələrinə dair qanun layihələri də gündəlikdə yer alır. Müzakirəyə çıxarılacaq sənədlərin bir hissəsi ikinci, bir hissəsi isə üçüncü oxunuş üçün təqdim ediləcək.
#Vergi Məcəlləsi
Nazirlər Kabineti yeni qaydaları təsdiqləyib.
Media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılıb. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar 2029-cı il yanvarın 1-dək gəlir vergisindən azad edilib.
Dekabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev iclasda iki məsələnin müzakirəyə çıxarıldığını deyib və həmin sənədləri təqdim edib.
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti artırılır.Bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihədə bildirilib ki, media subyektləri üçün 2029-cu il yanvarın 1-dək vergi güzəşti tətbiq ediləcək.
2021-2023-cü illərdə Vergi Məcəlləsinə ümumilikdə 206 dəyişiklik edilib.