Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Energetika Nazirliyində enerji auditi mövzusunda məlumat sessiyası keçirilib

    3 Noyabr 2025 17:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Energetika Nazirliyində enerji auditi mövzusunda məlumat sessiyası keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Energetika Nazirliyində enerji səmərəliliyi və enerji auditi mövzusunda məlumat sessiyası təşkil olunub. Sessiyada enerji effektivliyi və enerji auditi xidmətləri sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər. AzerVoice xəbər verir ki, tədbirin məqsədi enerji auditinin hüquqi və praktiki mahiyyəti, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri, habelə tətbiq mexanizmləri barədə iştirakçıların məlumatlılığını artırmaq olub.

    Sessiyada “enerji auditi nədir”, “enerji auditoru kimdir”, “enerji menecment sistemi”, “enerji auditinin təşkili və hesabatı” kimi mövzularla bağlı ətraflı məlumat təqdim edilib. Həmçinin, enerji auditinin enerji istehlakçıları üçün əhəmiyyəti, audit nəticəsində aşkarlanan enerji səmərəliliyinin artırılması istiqamətində tədbirlərin görülməsi və əldə ediləcək enerji qənaətinin iqtisadi və ekoloji əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu sahənin inkişafını təşviq etmək və enerji auditi həyata keçiriləcək subyektlərə dəstək olmaq məqsədilə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin “Enerji Effektivliyi Fondu” yaradılıb.

    Yekunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb və enerji auditi sahəsində təkmilləşdirməyə dair təkliflər nəzərdən keçirilib.

    #Energetika Nazirliyi #Yaşıl Enerji #Enerji Effektivliyi Fondu #Enerji Məsələlərini Tənzimləmə Agentliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-nin Strateji Neft Ehtiyatı 40 ildən sonra ilk dəfə 300 milyon barreldən aşağı düşüb

    10 Avqust 2026 22:35

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    23 İyul 2026 18:24

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    21 İyul 2026 21:13

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    21 İyul 2026 21:02

    Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

    21 İyul 2026 18:15

    İran Energetika Nazirliyi ABŞ hücumlarından sonra əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb

    17 İyul 2026 18:24

    İstanbulda “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə nazirlərin növbəti iclası keçirilib

    22 May 2026 19:16

    WUF13 çərçivəsində D-8 Yüksək səviyyəli enerji və şəhərsalma dialoqu keçirilib

    19 May 2026 18:00

    Azərbaycan “yaşıl enerji” ixracında əsas körpüyə çevrilir

    20 Aprel 2026 16:19

    Antalya Forumunda qlobal enerji böhranı və risklər müzakirə olunub

    17 Aprel 2026 15:40

    Energetika naziri Türkiyədə enerji əməkdaşlığını müzakirə edib

    17 Aprel 2026 15:39

    Azərbaycanın enerji diplomatiyası Türkiyədə təqdim olunub

    17 Aprel 2026 13:36
    XƏBƏR LENTİ

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.