Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir

    2 May 2024 12:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    2-3 may tarixlərində Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu” keçirilir.

    Bu barədə AzerVoice-ə Dövlət Turizm Agentliyindən məlumat verilib.

    Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Türkiyə, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm sənayesi nümayəndələri iştirak edir.

    Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov forumun İƏT regionu üzrə turizm sənayesinin nümayəndələri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini, üzv dövlətlər arasında turizm üzrə bilik və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı tanıtım və təbliğat tədbirləri üçün mühüm platforma olduğunu qeyd edib.

    O, həmçinin, Dövlət Turizm Agentliyi və İƏT arasında əlaqələrin inkişafını diqqətə çatdıraraq, 2023-cü ilin dekabr ayında Bakının “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”nə uğurla ev sahibliyi etdiyini vurğulayıb.

    İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Xusrav Noziri çıxışında forumun təşkilata üzv dövlətlərin tur operatorlarının şəbəkəsinin gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd edərək bu təşəbbüsün reallaşmasına verdiyi dəstəyə görə Dövlət Turizm Agentliyinə təşəkkürünü bildirib. O, tur operatorlar arasında əlaqələrin inkişaf etdirilməsinin yeni turizm məhsulları və marşrutlarının yaranmasına töhfə verəcəyini, yalnız təşkilatdaxili deyil, həm də qlobal olaraq regionunun zəngin mədəni, təbii və tarixi sərvətlərinin tanıdılması üçün önəmli imkanlar ehtiva etdiyini bildirib.

    Baş Katib təşkilatın 2025-ci üzrə strategiyası çərçivəsində dövlət-özəl tərəfdaşlığının təşviqinə dəstək mexanizmi kimi İƏT-in Turizm Agentlikləri Federasiyasının yaradılmasını təklif edib.

    Tədbir çərçivəsində "İƏT regionunda turizm: imkanlar və problemlər” açılış sessiyasından sonra "İƏT region üzrə birgə tur paketlərin hazırlanması və həyata keçirilməsi”, “Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının dəstəyi ilə Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Türkiyədən Azərbaycana mütəmadi tanışlıq səfərlərinin təşkili”, “Yaxın Şərq və Qərbi Asiya boyunca İpək Yolları: təşkilati baxımından tarixi İpək Yolu nəqliyyat marşrutunun yenidən qurulması” mövzularında panel müzakirələr keçiriləcək.

    “İƏT region üzrə birgə tur paketlərin hazırlanması və həyata keçirilməsi” üzrə panel sessiyasında üzv ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə müxtəlif turların təşkil edilməsi məsələsi müzakirə olunub.

    Müzakirələrdə İstanbul, Buxara, Səmərqənd, Xivə kimi İpək Yolu üzərində yerləşən qədim şəhərləri birləşdirən çoxtərəfli turların, eləcə də tarixi məscidlər, bazarlar və ənənəvi sənətkarlıq nümunələrinin sərgiləndiyi muzeylər daxil olmaqla üzv ölkələrin zəngin mədəni irsini tanıtmaq məqsədi daşıyan, əsasən qonşu olan iki üzv ölkə arasında ikitərəfli turların təşkil edilməsi haqqında təkliflər səsləndirilib.

    Eləcə də, İƏT-in turizm paytaxtı seçilmiş şəhərlərini - Düşənbə (2021), Sari (2022), Ərdəbil (2023), Şəxrisəbz (2024), Ərzurum (2025) və Şuşanı (2026) birləşdirən turların, üzv ölkələrin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına düşən maddi mədəni irs nümunələrini əhatə edən turların, həmçinin haykinq, trekinq, kempinq üçün əlverişli təbiət turizminin imkanlarının təbliğ edildiyi və əyləncə turizmi üzrə turların təşkil edilməsi haqqında müzakirələr aparılıb.

    Tədbirin ikinci günündə yerli və xarici turoperatorların iştirakı ilə B2B (biznesdən-biznesə) formatlı qarşılıqlı əməkdaşlıq görüşləri təşkil ediləcək, tədbirin yekunlarına dair müzakirələrin aparılması məqsədilə dəyirmi masa keçiriləcək.

    Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir
    Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir
    Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir
    #Bakı #İƏT
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

    20 Avqust 2026 14:37

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    Rusiya səfiri XİN-ə çağırıldı

    18 Avqust 2026 13:23

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    18 Avqust 2026 11:43

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 30 Avqust

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.