Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Bakıda "Yer Kürəsi Uşaqların Gözü ilə" Beynəlxalq Foto Müsabiqəsi keçirilir

    23 Oktyabr 2024 10:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakıda "Yer Kürəsi Uşaqların Gözü ilə" Beynəlxalq Foto Müsabiqəsi  keçirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    IDEA kampaniyasının dəstəyi ilə keçirilən COP29-a həsr olunmuş "Yer Kürəsi Uşaqların Gözü ilə" Beynəlxalq Foto Müsabiqəsi başlayıb

    AzerVoice xəbər verir ki, Beynəlxalq Foto Müsabiqəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il İqlim Dəyişikliyi Konfransına (COP29) həsr olunub.

    IDEA Kampaniyasının (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq), kampaniya prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilən müsabiqə dünyaca nüfuzlu fotoqraf, “Reza Visual Academy”-nin təsisçisi Reza Deqatinin təşəbbüsü ilə keçirilir.

    11 oktyabr 2024-cü il tarixindən 31 oktyabr 2024-cü il tarixinədək dünyanın hər yerindən 18 yaşına qədər uşaq və yeniyetmələr təbiətin gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlər barədə fərqli baxışlarını bölüşməyə dəvət olunur.

    “Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” mövzusu altında keçirilən müsabiqə gəncləri ətraf mühitə sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici fotoşəkillər çəkməyə təşviq edir.

    Qalib gələn fotoşəkillər 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində noyabrın 11-dən Bakıda Heydər Əliyev Mərkəzində sərgilənəcək.

    Burada dünya liderləri, ətraf mühit müdafiəçiləri və ictimaiyyət gənc fotoqrafların verdiyi güclü mesajların şahidi olmaq üçün bir araya gələcəklər.

    Müsabiqənin tarixçəsi

    “Yer Kürəsi Uşaqların Gözü ilə” beynəlxalq foto müsabiqəsinin əvvəlki buraxılışı gənc fotoqrafların bədii istedadlarını və ətraf mühitə dair məlumatlılığını nümayiş etdirərək əhəmiyyətli qlobal diqqət topladı.

    Tənqidçilər kritik ekoloji problemlərlə bağlı gənclərin səsini duyurduğu üçün müsabiqəni yüksək qiymətləndirdilər. Müsabiqə fotoqrafiyanın maarifləndirmə və sənətin unikal və effektiv bir formada birləşdirici rolunu göstərdi.

    Qlobal Ətraf Mühitin Mühafizəsi Platforması

    2024-cü il BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) sərgi ilə yekunlaşan müsabiqə gənclərin bədii istedadlarını nümayiş etdirəcək və ətraf mühitin mühafizəsi haqqında dünya miqyasında müzakirələrə təkan verəcək.

    Bu, gənclərə ətraf mühit üçün mövqe tutmaq və fotoqrafiyanın universal dili ilə dəyişikliklərə ilham vermək məqsədi daşıyır.

    “Yer Kürəsi Uşaqların Gözü ilə” yalnız foto müsabiqəsi deyil – o, gələcək nəslin ətraf mühitə dair maarifləndirmə və təbliğatda yol göstərməsi üçün fəaliyyətə çağırışdır.

    Perspektivlərini bölüşməklə gənclər planetimizi qorumaq və dəyişiklikləri ruhlandırmaq haqqında qlobal dialoqa töhfə verəcəklər.

    Biz bütün gənc fotoqrafları iştirak etməyə, öz baxışlarını bölüşməyə və səslərini eşitdirməyə dəvət edirik.

    İştirak etmək üçün : www.childreneyes.earth
    Fotoqrafiyada təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşa qədər uşaq
    və yeniyetmələr müsabiqəyə dəvət olunurlar.

    İştirak etmək üçün iştirakçılar mövzuya uyğun gələn 1-dən 20-dək fotoşəkil təqdim edə bilərlər. Şəkillərinin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah təqdim etməlidirlər.

    Təqdimatlar https://childreneyes.earth ünvanında olan müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə
    onlayn olaraq edilə bilər.

    Əlavə məlumat və təlimatlar saytda mövcuddur.
    Müraciət üçün son tarix 31 oktyabr 2024-cü ildir

    Münsiflik, Mükafatlar və Tanınma
    Önəmli mükafatlar qazanmış fotoqraflardan ibarət bir münsiflər heyəti müraciətləri nəzərdən
    keçirəcək.

    Fotoşəkillər yaradıcılıq, mövzuya uyğunluq, düşüncə və emosiya oyatmaq bacarığı
    əsasında qiymətləndiriləcək.

    Qaliblər qlobal səviyyədə tanınma fürsətindən əlavə, sənət
    nailiyyətlərinə görə SRL kameralar qazanacaqlar.

    Ətraflı məlumat üçün
    Vebsayt: https://childreneyes.earth

    Sosial media: Instagram: @childrenseyesonearth Facebook: @childrenseyesonearth

    Əlaqə: [email protected]

    Bakıda "Yer Kürəsi Uşaqların Gözü ilə" Beynəlxalq Foto Müsabiqəsi  keçirilir
    Bakıda "Yer Kürəsi Uşaqların Gözü ilə" Beynəlxalq Foto Müsabiqəsi  keçirilir
    Bakıda "Yer Kürəsi Uşaqların Gözü ilə" Beynəlxalq Foto Müsabiqəsi  keçirilir
    Bakıda "Yer Kürəsi Uşaqların Gözü ilə" Beynəlxalq Foto Müsabiqəsi  keçirilir
    Bakıda "Yer Kürəsi Uşaqların Gözü ilə" Beynəlxalq Foto Müsabiqəsi  keçirilir
    #COP 28 #IDEA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

    2 May 2026 10:14

    IDEA könüllülərinin iştirakı ilə Tovuzda və Goranboyda 2000-dən çox ağac əkilib

    17 Mart 2026 15:58

    IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib

    11 Mart 2026 14:52

    Leyla Əliyeva Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisini ziyarət edib

    10 Fevral 2026 13:48

    Milli Məclisin sədri Sahibə Qafarova Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşdü

    25 Yanvar 2026 23:00

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri keçirilib

    1 Yanvar 2026 14:22

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Euronews”a IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətindən danışıb

    27 Dekabr 2025 11:10

    Leyla Əliyevanın təşəbbüsü ilə Gəncədə uşaq evində Yeni il tədbiri keçirilib

    26 Dekabr 2025 15:06

    Heydər Əliyev Fondu ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb

    10 Dekabr 2025 09:20

    Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər

    21 Noyabr 2025 12:04

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb

    14 Noyabr 2025 13:01

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

    14 Noyabr 2025 11:38
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.