Axtarış nəticələri "Donald Tramp" (3351)

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Cenevrədə keçirilən ABŞ–İran danışıqlarının “bəzi baxımdan yaxşı keçdiyini”, lakin İranın ABŞ tərəfindən müəyyən edilmiş qırmızı xətləri qəbul etməsi üçün, hərbi variantlar da daxil olmaqla, səylərin davam etdiriləcəyini bildirib. Vens ABŞ-ın “Fox News” televiziya kanalına Cenevrədə aparılan İran danışıqları ilə bağlı açıqlama verib. Prezident Donald Trampın İranla danışıqlar məsələsində “bir çox seçiminin” olduğunu bildirib.

ABŞ Prezidenti Donald Tramp danışıqlarda "dolayı yolla" iştirak etdiyini və Tehranın saziş bağlamaq istədiyinə inandığını bildirib. Tramp "Air Force One" göyərtəsində jurnalistlərə açıqlamasında "B-2" bombardmançıları ilə İranın nüvə obyektlərinə endirilən zərbələri xatırladaraq, Tehranın sazişdən imtina etməyin nəticələrini istəmədiyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında yaranmış fikir ayrılığını “asanlıqla həll edə biləcəklərini” bildirib. Tramp Florida ştatından paytaxt Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib. O, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında “həqiqətən anlaşılmazlıq” olduğunu qeyd edərək, “Bunu çox asan şəkildə həll edə bilərik” deyib.

ABŞ Prezidenti Donald Tramp Kuba ilə danışıqların aparıldığını bəyan edib. Ağ Evin rəhbəri Kubanı Vaşinqtonla razılaşma əldə etməyə çağırıb və ölkədə iqtisadi vəziyyətin pisləşməsi fonunda humanitar fəlakət riski olduğunu vurğulayıb. Onun sözlərinə görə, embarqo qüvvədə qalır, ölkədə neft və maliyyə çatışmazlığı mövcuddur.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın podkastların birində yadplanetlilərin mövcudluğu ilə bağlı verdiyi bəyanat böyük səs-küyə səbəb olduqdan bir neçə saat sonra, o, bir bəyanat yayaraq onların varlığına dair heç bir sübut görmədiyini aydınlaşdırıb. Həftəsonu amerikalı aparıcı Brayan Tayler Koen ilə söhbət zamanı, qısa sual-cavab turunda Obamanın yadplanetlilərin varlığını təsdiqləmişdi. "Yadplanetlilər realdırmı?" sualına Obama belə cavab vermişdi: "Onlar realdır, lakin mən onları görməmişəm."

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında çərşənbə akşamı Cenevrədə başlaması planlaşdırılan danışıqlarda "dolayı yolla" iştirak edəcək. AzerVoice xəbər verir ki, o Tehranın saziş əldə etmək istədiyinə inandığını əlavə edib. "Mən həmin danışıqlarda dolayı yolla iştirak edəcəyəm. Bu danışıqlar olduqca mühüm əhəmiyyət kəsb edəcək".-deyə, Tramp ABŞ-ın "Air Force One" prezident təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

Amerika Birləşmiş Ştatlarını Donald Trampın idarə etdiyi bir dövrdə yaşadığımız üçün onun Yaxın Şərq ölkələrinə dair hər hansı mövqeyinə və ya bəyanatına təəccüblənməməliyik. Lakin onun "Truth Social" platforması vasitəsilə "Koordinasiya Çərçivəsi"nin (İtar ət-Tənsiqi) Nuri əl-Malikini növbəti hökumət başçısı namizədi kimi seçməsinə etiraz etməsi, Malikinin adını çəkərək onu "çox pis seçim" adlandırması nə siyasətçilərin, nə də müşahidəçilərin ağlına gəlməyən bir hadisə idi.

Tarix bu gün həm qədim sirlərin açılmasına, həm də müasir siyasi faciələrə şahidlik edib. 16 fevral – Rusiyanın ən səs-küylü müxalifətçisi Aleksey Navalnının Arktika həbsxanasında müəmmalı şəkildə öldüyü, Misirdə arxeoloq Hovard Karterin Firon Tutanxamonun qızıl tabutunu ilk dəfə açaraq dünyaya səs saldığı gündür. Bu gün həm də qlobal istiləşmə ilə mübarizənin əsas sənədi olan Kioto Protokolunun qüvvəyə mindiyi, Türkiyədə Türk Hava Qurumunun (Türk Təyyarə Cəmiyyəti) əsasının qoyulduğu və Litvanın müstəqilliyini elan etdiyi tarixdir. Fidel Kastronun andiçməsindən Hizbullahın manifestinə, Daşkənddəki sui-qəsddən Miranda peykinin kəşfinə qədər – AzerVoice 16 fevralın ən geniş xronologiyasını təqdim edir.

Donald Trampın ikinci prezidentlik müddətinin ilk ili həm daxili, həm də xarici siyasətdə kəskin dönüşlər və sürətli dəyişikliklərlə dolu bir "siyasi Amerika təpələri" (roller coaster) kimi keçdi və Yaxın Şərq bu gərgin hərəkətliliyin mərkəzində oldu. Onun regional fokusu iki əsas amillə müəyyən edildi: aşkar özünəinam və tarixdə irəli mövqe tutmaq istəyi, digər tərəfdən isə hadisələrin sürətlə inkişaf etdiyi və aktorların hesablamalarının bir-birinə qarışdığı qeyri-sabit regional mühit.

"Tarix bu gün böyük imperiyaların geri çəkilməsinə və terror liderlərinin sonuna şahidlik edib. 15 fevral – Sovet İttifaqının sonuncu əsgərinin Əfqanıstanı tərk edərək 10 illik qanlı müharibəni bitirdiyi, Türkiyə xüsusi xidmət orqanlarının (MİT) keçirdiyi əməliyyatla PKK lideri Abdullah Öcalanı Keniyada ələ keçirdiyi (və ertəsi gün Türkiyəyə gətirdiyi) tarixi gündür. Qlobal arenada isə bu gün Rusiyanın Çelyabinsk səmasında meteorit partlayışının baş verdiyi, Liviyada Qəddafi rejiminə qarşı ilk qığılcımların alışdığı və Kanadanın məşhur 'Ağcaqayın yarpaqlı' bayrağını qəbul etdiyi tarixdir. Qalileo Qalileyin doğumundan genetik kodun oxunmasına qədər – AzerVoice 15 fevralın ən geniş xronologiyasını təqdim edir."

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın münaqişənin tezliklə razılaşma yolu ilə həll olunması ilə bağlı çağırışlarına sərt reaksiya verib. Ukrayna mətbuatında yayılan məlumatlara görə, Zelenski Tramp administrasiyasından gələn “kompromislər üçün vaxtdır” mesajlarına cavab olaraq bildirib ki, Ukrayna indiyədək kifayət qədər güzəştlərə gedib və əlavə kompromislər ölkənin təhlükəsizliyi təmin olunmadan mümkün deyil.

ABŞ Prezidenti Donald Trump seçici şəxsiyyətinin təsdiqi ilə bağlı tələbin Konqresdən keçməsə belə aralıq seçkilərdə tətbiq ediləcəyini və bu məsələ ilə bağlı prezident sərəncamı imzalayacağını bildirib. O, Truth Social hesabında paylaşım edərək Demokratların seçici şəxsiyyəti məsələsində səs verməkdən imtina etdiyini qeyd edib və onların seçkilərdə saxtakarlıq etmək istədiklərini iddia edib. Tramp vurğulayıb ki, Konqres tərəfindən təsdiqlənib-təsdiqlənməməsindən asılı olmayaraq, aralıq seçkilərdə seçici şəxsiyyəti tələbi qüvvədə olacaq. O, həmçinin yaxın zamanda bununla bağlı rəsmi prezident sərəncamı imzalayacağını açıqlayıb.

Vaşinqton və Tehran müasir tarixin bəlkə də ən ciddi hərbi qarşıdurma riskinə yaxın olsalar da, hələ ki, klassik bir müharibənin astanasında deyillər. Hazırkı mərhələdə ən çox gözlənilən ssenari İranın ABŞ tərəfindən işğalı və ya genişmiqyaslı regional müharibə deyil, danışıqlar tənliyini yenidən formalaşdırmaq məqsədi daşıyan məhdud və dəqiq hesablanmış zərbədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibə verib. Müxbir: Salam, “France 24” kanalının flaqmanı olan “Üzbəüz” verilişinə xoş gəlmisiniz. Bu gün bizim qonağımız Azərbaycan Prezidenti İlham Əliyevdir. Çox sağ olun, cənab Prezident. Prezident İlham Əliyev: Təşəkkür edirəm. Müxbir: Avqustun 8-də Sizin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə üçtərəfli görüş keçirildi. Azərbaycan ilə Ermənistan arasında münaqişəyə son qoymaq, nəqliyyat marşrutlarının açılması və münasibətlərin normallaşdırılması haqqında bəyannamə imzalandı. Tam sülhün və tam normallaşmanın tezliklə olacağını düşünürsünüzmü?

ABŞ Prezidenti Donald Trampın əmri ilə dünyanın ən böyük aviadaşıyıcısı olan "USS Gerald R. Ford" Karib dənizindən Yaxın Şərqə doğru yola düşüb. Bu addım Vaşinqtonun Tehrana nüvə proqramı ilə bağlı təzyiqləri artırdığı bir vaxtda atılıb. Hazırda regionda olan "USS Abraham Lincoln" aviadaşıyıcısına "USS Gerald R. Ford"un da qoşulması Trampın "maksimum təzyiq" siyasətinin hərbi hissəsini təşkil edir. Prezident Tramp dünən verdiyi açıqlamada İranı xəbərdar edərək bildirib ki, sazişin əldə olunmaması Tehran üçün "çox travmatik" olacaq.

ABŞ Prezidenti Donald Tramp cümə günü bəyan edib ki, Birləşmiş Ştatlar İranla "mütləq saziş bağlamalıdır" və bu razılığın növbəti bir ay ərzində əldə olunmasının mümkün olduğunu hesab edir. AzerVoice xəbər verir ki, Tramp, Tehranın razılığa gələ bilməyəcəyi təqdirdə "çox ağrılı" nəticələrin olacağı ilə bağlı xəbərdarlıq edib. Bu açıqlama onun İsrailin Baş naziri Benyamin Netanyahu ilə İran mövzusunda qapalı qapılar arxasında apardığı danışıqlardan bir gün sonraya təsadüf edir.

ABŞ dolları son aylarda dünya valyuta bazarlarında ciddi zəifləmə nümayiş etdirir və bu proses artıq dörd illik minimum həddin yenilənməsi ilə nəticələnib. Dolların altı əsas dünya valyutasına nisbətdə dəyərini göstərən DXY indeksi yanvarın sonunda 95,5 bəndə qədər geriləyib. Bu, 2022-ci ilin əvvəlindən bəri ən aşağı göstərici hesab olunur. ABŞ valyutası ötən il ümumilikdə 9 faiz dəyər itirmişdi, 2026-cı ilin yanvarında isə əlavə olaraq təxminən 4 faiz ucuzlaşıb.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra İranla bağlı konkret qərar qəbul edilmədiyini bildirib. O qeyd edib ki, Tehranla danışıqlar davam etdiriləcək və mümkün razılaşma variantları araşdırılacaq. Tramp sosial şəbəkədə paylaşımında yazıb ki, “heç bir yekun razılaşma əldə olunmayıb, lakin İranla danışıqların davam etdirilməsində israr etmişəm”. O əlavə edib ki, razılaşma mümkün olarsa, bu üstünlük təşkil edəcək variant olacaq.

Pentaqon Yaxın Şərqə ikinci aviadaşıyıcı zərbə qrupunun göndərilməsi üçün hazırlıq göstərişi verib. ABŞ Prezidenti Donald Tramp İranla danışıqların uğursuz olacağı təqdirdə regiona əlavə hərbi qüvvələrin göndərilməsini nəzərdən keçirir. Tramp daha əvvəl bəyan etmişdi ki, Vaşinqton və Tehran arasında mümkün razılaşma əldə olunmazsa, ABŞ İranla bağlı “çox sərt addımlar” ata bilər. O, həmçinin İranla danışıqların ikinci raundunun gələn həftə keçirilə biləcəyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə hələlik yekun sazişin əldə olunmadığını, lakin İranla danışıqların davam etdirilməsində israrlı olduğunu bildirib. Ağ Evdə 3 saatdan çox davam edən görüşü Tramp "çox məhsuldar" adlandırıb və ABŞ-İsrail münasibətlərinin mükəmməl səviyyədə qaldığını vurğulayıb.

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir. Səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer alıb. ABŞ-ın “Associated Press”, “News Nation”, “Fox New”, ABC, CNN, “The Washington Post”, PBS, “Forbes Breaking News”, “C-Span” kimi media orqanları səfəri geniş şəkildə işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar.

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə mühüm görüş keçiriblər. Bu, Trampın vəzifəyə qayıtmasından bəri iki lider arasında baş tutan yeddinci görüşdür. Görüşün əsas mövzusunu İranın nüvə proqramı və Qəzzada atəşkəs planı təşkil edib. Netanyahu bu görüşdə ABŞ-ın İranla apardığı danışıqların dairəsini genişləndirməyə çalışır. İsrail tərəfi tələb edir ki, hər hansı bir saziş yalnız nüvə fəaliyyətlərini deyil, həm də Tehranın ballistik raket arsenalını və regiondakı proksi qüvvələrinə verdiyi dəstəyi də əhatə etməlidir. Netanyahu ABŞ-ı İranın vədlərinə güvənməməyə çağırıb.