Eyni zamanda, Zəkəriyyə, İsa və Məryəm haqqında rəvayətlər qeyd edilir, Bədr və Uhud döyüşlərinə qısa şəkildə toxunulur.
Quran bələdçisi: Surələrin mahiyyəti
Quranın 43-cü surəsi olan Zuxruf surəsi 89 ayədən ibarətdir. Məkkə dövründə nazil olub. Surənin adı 35-ci ayədəki “qızıl”, “ləl- cəvahir” mənasındakı “zuxruf” sözündən alınmışdır.
Qurani-Kərimin 10-cu surəsi olan Yunus surəsi 109 ayədən ibarətdir və Məkkə dövründə nazil olmuşdur. Surə adını 98-ci ayədə adı çəkilən Yunus peyğəmbərin adından almışdır. Bu surədə əsasən Allahın birliyi, peyğəmbərlik və axirət həyatı mövzularına toxunulur, həmçinin Nuh, Hud, Musa və Yunus peyğəmbərlərin həyatından nümunələr verilir.
Quranın 12-ci surəsi olan Yusuf surəsi 111 ayədən ibarətdir. Məkkə dövründə nazil olmuşdur. Surədə başdan-sona Yusif peyğəmbərin həyatı haqqında məlumat verildiyi üçün belə adlandırılmışdır.
Surədə Həzrət Peyğəmbərə verilən əmrlər, inanmayan nüfuzlu insanların cəzası və gecələr Allaha ibadətin əhəmiyyəti barəsində bəhs edilir.
Qurani-Kərimin Məkkə dövründə nazil olduğu qəbul edilən, lakin bəzilərinə görə Mədinə dövrünə aid sayılan Ədiyat surəsi, mövzu və üslubu baxımından açıq şəkildə Məkkə surələrinin xüsusiyyətlərini daşıyır. On bir ayədən ibarət olan surə, adını ilk ayədə keçən “ədiyat” sözündən alır.
Surənin adı bir və üçüncü ayələrdəki “bəyyinə” (açıq-aydın dəlil) sözündən götürülmüşdür. Surənin əsas mövzusu əhlikitabın açıq dəlil kimi Qurana inanmaması, inkar etməsidir. Bununla yanaşı, dini inkar edən insanlarla inananların fərqi və əməllərinin qarşılığı haqqında məlumat verilir.
Qurani-Kərimin 2-ci və ən uzun surəsi olan Bəqərə surəsi 286 ayədən ibarətdir və Mədinə dövründə nazil olmuşdur.
"Vaqiə surəsini oxuyun. Çünki o, zənginlik gətirər və yoxsulluğu uzaqlaşdırar."
Bu surə iman gətirənlərə səbirli və ümidli olmağı, Allahın qəti hökmünə inanmağı və axirətə hazırlıq görməyi öyrədir.