Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Arab+
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb

    22 Yanvar 2026 11:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    Bakı, AzerVoice

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında və “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb.

    AzerVoice xəbər verir ki, Avropanın müxtəlif ölkələrinin, Rusiyanın və ərəbdilli ölkələrin media orqanları Azərbaycan Prezidentinin “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışına istinadən məqalələr hazırlayıblar. Məqalələrdə ilk növbədə Ermənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədən sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyə yönəlmiş baxışlar diqqət mərkəzində dayanıb.

    Türkiyənin “Anadolu“, “İhlas“ xəbər agentlikləri, Rusiyanın “Kommersant“, “Komsomolskaya pravda“, “Vedomosti“, “Vesti“, “Qazeta“ qəzet və portalları, “TASS“ xəbər agentliyi, ərəbdilli “lebanon24“, “Al bayader“ portalları” Prezident İlham Əliyevin çıxışına istinadla Azərbaycanın və Ermənistanın müharibə fəslini bağladığını qeyd ediblər. Dövlətimizin başçısı qeyd edib ki, otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. “Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik. Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

    Qeyd olunur ki, Azərbaycan Prezidenti çıxışında beynəlxalq təşkilatların fəaliyyətindən də danışıb: “Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu. Ali beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq”.

    Dövlətimizin başçısı qeyd edib ki, bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Azərbaycandan Ermənistana neft göndərilib.

    Məqalələrdə xüsusilə vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında bu addım regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsi üçün vacib dönüş nöqtəsidir və bunun bu mötəbər forum çərçivəsində Avrasiyaya həsr olunmuş toplantıda ifadə olunması mühüm əhəmiyyət kəsb edir.

    “gulfpress.net“, “inkl.com“, “indexbox.io“, “alsaudiapress.com“ portalları isə Azərbaycan Prezidentinin Davosda beynəlxalq hüquq, Avropanın enerji təhlükəsizliyi və enerji təchizatının geosiyasi aspektləri barədə fikirlərinə yer ayırıblar. Qeyd edilib ki, Avropanın enerji təchizat mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan Avropa enerji bazarlarında sürətlə mühüm oyunçuya çevrilib. Prezident Əliyevin sözlərinə görə, hazırda Azərbaycan 16 dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzvünə təbii qaz ixrac edir. Bu geniş şəbəkə Azərbaycanı boru kəmərləri vasitəsilə qaz təchiz edən aparıcı qlobal ölkələrdən birinə çevirir ki, bu da təhlükəsiz və etibarlı enerji infrastrukturunun ön plana çıxdığı bir bazarda mühüm fərqləndirici cəhətdir.

    Bir sıra mətbu orqanları isə Azərbaycan Prezidentinin “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiklərinə, xüsusilə Azərbaycan neftinin gələcəyinə dair fikirlərinə diqqət ayırıblar. “mk.ru“, “vesti.ru“, “life.ru“, “Komsomolskaya pravda“, “Vzqlyad“ kimi portal və qəzetlərdə Prezident İlham Əliyevin Azərbaycanda ikinci neft bumunun baş verə biləcəyinə dair fikri manşetə çıxarılıb. Qeyd edilib ki, qaz hasilatının artması fonunda hazırda ölkə “qara qızıl”ın hasilatını azaldır. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlar var.

    Bununla yanaşı, Prezident İlham Əliyev əsas prioritetin iqtisadiyyatın şaxələndirilməsi olduğunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti yaşıl enerjinin artan roluna diqqət çəkərək deyib: “2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik”.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    13 Avqust 2026 12:46

    Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir

    13 Avqust 2026 10:41

    Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

    12 Avqust 2026 11:49

    Azərbaycanın Latviyadakı səfiri dəyişdirilib

    12 Avqust 2026 11:42

    Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb

    12 Avqust 2026 11:18

    Naxçıvanda 420 km avtomobil yolu əsaslı təmir ediləcək

    12 Avqust 2026 10:42

    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb

    12 Avqust 2026 10:37

    Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük - Prezident İlham Əliyev

    11 Avqust 2026 23:20

    Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir - Prezident İlham Əliyev

    11 Avqust 2026 23:18

    Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur - Prezident İlham Əliyev

    11 Avqust 2026 23:16

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Naxçıvana səfərindən görüntülər paylaşılıb

    11 Avqust 2026 23:14

    Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır - Prezident İlham Əliyev

    11 Avqust 2026 23:12
    XƏBƏR LENTİ

    Bu gün Çin Almaniyaya müharibə elan etdi

    Tarixdə bu gün –14 Avqust

    Kanada və ABŞ avqustun 19-dək ticarət razılaşması əldə etməyə çalışır

    Yəməndə 2022-ci ildən bəri genişmiqyaslı müharibə təhlükəsi ən yüksək həddə çatıb - BMT

    “Google” proqramlaşdırma üçün yeni “Gemini 3.7 Flash” süni intellekt modelini təqdim edib

    Omandakı nəhəng neft sızması hansı fəsadlara səbəb ola bilər?

    Pit Heqset “Abraham Linkoln” gəmisindəki ağır şəraitlə bağlı məlumatları təkzib edib

    “Philips” və “Shell” kiberhücumun hədəfinə çevrilib

    Ərəb Dövlətləri Liqası Əl-Əqsa məscidinə basqını pisləyib

    Britaniya şirkəti Oman sahillərində neft sızmasının qarşısını almaq üçün əməliyyata başlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.