Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan TDT-nin əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafını müzakirə edib

    5 Dekabr 2025 12:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan TDT-nin əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb.

    AzerVoice xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Görüşdə TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının əhəmiyyəti vurğulanıb.

    TDT-yə üzv ölkələr arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu məmnunluqla qeyd olunub.

    Azərbaycanın sədrliyi çərçivəsində təşkilatın öz inkişafını davam etdirəcəyinə və beynəlxalq müstəvidə nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.

    Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkədə aparılan ardıcıl sosial islahatlar barədə söhbət açılıb. Bildirilib ki, innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövlət siyasətinin strateji məqsədi kimi müəyyənləşdirilib.

    Görüşdə Türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

    #Türk Dövlətləri Təşkilatının (TDT) #Əli Əsədov #Türk Dövlətləri Təşkilatı (TDT) #TDT diplomatik münasibətlər #TDT model proqramı #Azərbaycan–TDT iqtisadi əlaqələri #TDT üzv dövlətlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    24 Avqust 2026 10:02

    TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir

    14 Avqust 2026 12:09

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    23 İyul 2026 11:42

    Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

    13 İyul 2026 18:59

    Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

    10 İyul 2026 17:49

    Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

    1 İyul 2026 17:45

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri barədə qaydalar təsdiqlənib

    25 İyun 2026 18:59

    Baş nazir TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

    24 İyun 2026 18:26

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

    24 İyun 2026 13:00

    Türk dünyasında rəqəmsal inteqrasiya güclənir

    23 İyun 2026 16:45
    XƏBƏR LENTİ

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.