Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    “Trend” brenddir! - Vüqar Rəhimzadə

    1 Sentyabr 2025 12:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Trend” brenddir! - Vüqar Rəhimzadə
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni - yaranmasının 30 illiyini qeyd edir.

    Bu illər ərzində AzerVoice kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

    Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

    Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-in 30 illiyi ilə bağlı fikirlərini bölüşüb.

    O bildirib ki, "Trend" Beynəlxalq İnformasiya Agentliyinin yaranmasından 30 il ötür:

    "Trend" 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb. Həmin vaxtdan etibarən keçilən 30 illik yol nəticəsində bu gün "Trend" Beynəlxalq İnformasiya Agentliyi müstəqil Azərbaycanın media sektorunda liderlər sırasında qərarlaşıb. Azərbaycan milli mətbuatının yaranmasından 150 illiyinin qeyd olunduğu ildə 30 yaşını qeyd edən Agentlik ötən illər ərzində şərəfli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb. Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər istehsalçılarından hesab olunan agentliyin məlumatları Azərbaycan, rus, ingilis, türk və fars dillərində yayımlanır. Qərəzsiz informasiya siyasəti yürüdən agentlik işini beynəlxalq tələblərə uyğun qurub. "Trend" dünyanın aparıcı xəbər agentlikləri ilə əməkdaşlıq edir, agentliyin xəbərləri dünyanın informasiya resurslarında da yayımlanır.

    "Trend" ölkədən və regionda baş verən hadisələrə diqqət ayırmaqla milyonlarla oxucusuna müxtəlif sahələr üzrə operativ xəbərlər təqdim edir. Xəbərləri ilə dünya auditoriyasını əhatə edən İnformasiya Agentliyi 30 illik fəaliyyəti dövründə müxtəlif mükafatlara layiq görülüb. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. "Trend" 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. "Trend" "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə "Trend"i "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib.

    Ötən 30 ildə əldə edilən uğurlar böyük məsuliyyət, peşəkarlıq, inam və etimadın vəhdətindən yaranıb. Media orqanı öz işini müasir inkişaf tendensiyalarına, rəqəmsal texnologiyalara, beynəlxalq standartlara uyğun quraraq peşəkar komanda ilə operativ, qərəzsiz xəbərlər təqdim edir. Agentlik müasir texnologiyaların tətbiqi nəticəsində qlobal informasiya məkanına inamla daxil olaraq, dünya ilə ayaqlaşan müasir medianın bir parçasına çevrilib. Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yüksək peşəkarlıqla həyata keçirilir. İnformasiya şəffaflığı, milli maraqların qorunması "Trend" Beynəlxalq İnformasiya Agentliyinin fəaliyyətində hər zaman prioritetdir.

    "Trend" Azərbaycan dövlətinin mediaya, söz və məlumat azadlığına yaratdığı şəraitdən uğurla yararlanaraq xarici və daxili informasiya məkanında möhkəmlənib. Operativ, dəqiq, qərəzsiz informasiyaları, analitik yazıları ilə media məkanında özünəməxsus yeri və rolu olan, liderlər sırasındakı mövqeyini hər zaman qoruyub saxlayan "Trend" Beynəlxalq İnformasiya Agentliyi gələcəyə doğru böyük inamla addımlayır.

    "Trend"də çalısan həmkarlarımı 30 illik yubileyləri münasibətilə təbrik edir, peşəkar və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayıram".

    #Trend BİA #Vüqar Rəhimzadə #Trend-in 30 illiyi #Trend İnformasiya Agentliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trend BİA İran və Orta Asiyanın aparıcı regional media orqanıdır

    17 Mart 2026 17:58

    Trend əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar

    22 Dekabr 2025 15:38

    DHA və Trend-in birgə platformasına inteqrasiya olunmuş süni intellekt D-8 və TDT ölkələrinin bir çox KİV-ni birləşdirməyə imkan yaradacaq

    25 Noyabr 2025 14:28

    Jurnalist Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb

    9 Oktyabr 2025 13:36

    Azərbaycan–KKTC media əməkdaşlığı - Rufiz Hafizoğlu fəxri mükafatla təltif olunub

    19 Sentyabr 2025 13:59

    Azərbaycan videokontenti Türkiyənin media bazarında – Yeni stok layihəsi

    10 Sentyabr 2025 14:44

    “ARB 24” TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb

    2 Sentyabr 2025 15:57

    "Xəzər" TV Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb

    1 Sentyabr 2025 22:09

    Mətbuat Şurası Trend İnformasiya Agentliyinin əməkdaşlarını 30 illik yubiley münasibətilə təltif edib

    1 Sentyabr 2025 17:15

    Trend-in həmişə fərqli, qətiyyətli və prinsipial mövqeyi olub - Çingiz Abdullayev

    1 Sentyabr 2025 17:13

    Trend İnformasiya Agentliyi Mətbuat Şurasının diplomu ilə təltif edilib

    1 Sentyabr 2025 16:48

    Trend BİA Azərbaycanla bağlı nüfuzlu informasiya mənbəyi kimi yüksək dəyərləndirilir – Qazaxıstandan baxış

    1 Sentyabr 2025 16:44
    XƏBƏR LENTİ

    Livan və İsrail arasında atəşkəs sazişi neft qiymətlərinin düşməsinə səbəb olub

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    ABŞ Nümayəndələr Palatası İrana qarşı müharibənin dayandırılmasına səs verdi - Bu qərar nəyi dəyişir?

    Cənubi Koreya Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlığı artırır

    Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib

    İranlı muxalif yazar Marjan Satrapi vəfat edib

    Tramp Livanda müharibəni bitirmək, Netanyahu isə bərpa etmək istəyir - Axios

    DTX kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

    Livan prezidenti yeni atəşkəs sazişini ölkə üçün son şans adlandırdı

    Yad ölkədə bir azəri - Hərbidən səhnələrə Uranın rep yolu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.