Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan səfiri etimadnaməsini Maldiv prezidentinə təqdim edib

    10 Sentyabr 2024 14:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan səfiri etimadnaməsini Maldiv prezidentinə təqdim edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycan Respublikasının Maldiv Respublikasına yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli sentyabrın 9-da etimadnaməsini bu ölkənin prezidenti Məhəmməd Muizzuya təqdim edib.

    Ölkəmizin Maldiv Respublikasındakı səfirliyindən AzerVoice-ə bildiriblər ki, rəsmi təqdimetmə mərasimindən sonra keçirilən qəbul zamanı prezident Muizzu səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. O, ölkələrimiz arasında dostluq əlaqələrinin vəziyyətindən məmnunluğunu ifadə edib, münasibətlərin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.

    Səfir E.Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Prezident Məhəmməd Muizzuya çatdırıb.

    Salamlara görə minnətdarlığını bildirən Prezident Muizzu öz növbəsində onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

    Söhbət əsnasında Azərbaycan ilə Maldiv arasında ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında sədrliyi dövründə Azərbaycanın həyata keçirdiyi qlobal təşəbbüslər, təşkilatın institusional inkişafı üzrə gördüyü işlər, Maldiv kimi inkişaf etməkdə olan kiçik ada dövlətləri də daxil olmaqla 80-dən çox ölkəyə göstərdiyi humanitar, maliyyə yardımları barədə məlumat verilib.

    Səfir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının noyabrda Azərbaycanda keçiriləcək 29-cu sessiyasının (COP29) ev sahibi kimi ölkəmizin iqlim dəyişikliyinin inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərə xüsusi diqqət ayırdığını, onların ehtiyaclarına və prioritetlərinə cavab verən razılaşma əldə etmək üçün maksimum səy göstərdiyini, milli səviyyədə geniş dəstək verdiyini diqqətə çatdırıb.

    Prezident Muizzu COP29-un ev sahibi kimi Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirərək, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak üçün Azərbaycan Prezidentinin dəvətini qəbul etdiyini və bu mühüm qlobal tədbirə qatılacağını bildirib.

    Maldivə səfəri çərçivəsində səfir E.Hüseynli, həmçinin bu ölkənin xarici işlər naziri Musa Zamir, dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim, həmçinin iqlim dəyişikliyi, ətraf mühit və enerji naziri Thoriq İbrahim ilə də görüşüb. Görüşlərdə siyasi, iqtisadi, turizm, hava bağlantısı, mədəniyyət və təhsil sahələrində əlaqələrə, COP29-a aid məsələlərə dair fikir mübadiləsi aparılıb, növbəti addımlar müzakirə olunub.

    Azərbaycan səfiri etimadnaməsini Maldiv prezidentinə təqdim edib
    Azərbaycan səfiri etimadnaməsini Maldiv prezidentinə təqdim edib
    Azərbaycan səfiri etimadnaməsini Maldiv prezidentinə təqdim edib
    Azərbaycan səfiri etimadnaməsini Maldiv prezidentinə təqdim edib
    Azərbaycan səfiri etimadnaməsini Maldiv prezidentinə təqdim edib
    Azərbaycan səfiri etimadnaməsini Maldiv prezidentinə təqdim edib
    #Azərbaycan #Maldiv #Elçin Hüseynli
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54
    XƏBƏR LENTİ

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    "Absher" və "Maidan Companion" - Səudiyyə Ərəbistanı təhlükəsizliyin gələcək modelini açıqladı

    Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

    Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

    Azərbaycan və Qırğızıstan arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.