Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Laçında səsvermə başlayıb

    1 Sentyabr 2024 09:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Laçında səsvermə başlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Laçın, AzerVoice

    Laçın şəhər 105 saylı seçki məntəqəsində səsvermə başlayıb.

    AzerVoice xəbər verir ki, seçki məntəqəqəsində səsvermənin başladığı ilk dəqiqələrdən seçici aktivliyi müşahidə olunur.

    İşğaldan azad olan Laçın rayon ərazisində ümumilikdə 6 məntəqə yaradılıb. Burada seçicilərin ümumi sayı 4205 nəfərdir. Hazırda Laçın şəhərində yerləşən 105 saylı seçki məntəqəsində 753 nəfər seçici var.

    Bu gün 121 saylı Laçın Dairə Seçki Komissiyasının nəzdində 110 məntəqədə növbədən kənar parlament seçkiləri keçirilir. Ümumilikdə 61530 nəfər seçicinin səsvermədə iştirak etməsi gözlənilir. Bugünkü səsvermədə 766 nəfər ilk dəfə seçkidə iştirak edir. Ümumilikdə seçkini 1457 nəfər müşahidəçi izləyir. Bundan başqa, beynəlxaq müşahidəçilərin də seçki prosesini izləməsi gözlənilir.

    Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

    Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.

    İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.

    Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.

    Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.

    Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.

    598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.

    Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.

    Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.

    Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

    Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.

    Laçında səsvermə başlayıb
    Laçında səsvermə başlayıb
    Laçında səsvermə başlayıb
    Laçında səsvermə başlayıb
    Laçında səsvermə başlayıb
    Laçında səsvermə başlayıb
    Laçında səsvermə başlayıb
    Laçında səsvermə başlayıb
    Laçında səsvermə başlayıb
    Laçında səsvermə başlayıb
    Laçında səsvermə başlayıb
    Laçında səsvermə başlayıb
    #Laçın #seçkilər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb

    15 İyul 2026 20:22

    Eyni adlı namizəd mübahisəsi Alyaskada gündəm oldu

    27 İyun 2026 21:32

    İsraildə seçkilər Netanyahunun siyasi karyerasını sona çatdıra bilərmi?

    27 İyun 2026 18:09

    Netanyahu hökuməti həm ABŞ, həm də daxili təzyiqlərlə üz-üzədir

    23 İyun 2026 20:38

    Moşe Yalon: Müharibənin uzadılması İsraili təhlükə ilə üz-üzə qoyur

    20 İyun 2026 18:33

    İsraildə Livandan çıxış planı siyasi böhran yaradır

    18 İyun 2026 20:36

    Naftali Bennetdən sərt bəyanat: İsraildə hakimiyyət dəyişərsə, İrana təzyiqlər artacaq

    15 İyun 2026 22:38

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    7 İyun 2026 21:28

    Laçında inşa edilən kanat yolundan son görüntülər

    23 Aprel 2026 12:25

    Qazaxıstanda yeni konstitusiya referendumu yüksək fəallıqla baş tutub

    16 Mart 2026 09:34

    Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşüb

    25 Fevral 2026 10:48

    Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb

    6 Yanvar 2026 11:01
    XƏBƏR LENTİ

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Özəlin yeni partiyasına kimlər qatılacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.