Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    44 günlük müharibə zamanı daşınar və daşınmaz əmlaklara 187 milyon manatdan artıq ziyan vurulub - Dövlət ittihamçısı

    11 Fevral 2025 23:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    44 günlük müharibə zamanı daşınar və daşınmaz əmlaklara 187 milyon manatdan artıq ziyan vurulub - Dövlət ittihamçısı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    44 günlük müharibə zamanı daşınar və daşınmaz əmlaklara 187 milyon manatdan artıq ziyan vurulub.

    AzerVoice xəbər verir ki, bunu fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası zamanı dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktına əsasən 2016-cı il tarixli Aprel döyüşləri, 2020-ci il tarixli Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsi dövründə törədilmiş terrorçuluq cinayətlərini elan edərkən deyib.

    Bildirilib ki, 2020-ci il iyulun 12-16, 17, 24 və 25-də vahid niyyətlə aparılan təcavüzkar müharibənin növbəti mərhələsində iriçaplı silahlar və digər odlu silahlardan atəşlər açmaqla Tovuz rayonunun Ağdam kəndində 1 mülki şəxsi qəsdən öldürülüb, Tovuz rayonu Ağdam kəndindən 11 nəfər, Dondar Quşçu kəndindən 35 nəfər, Əlibəyli kəndindən 4 nəfər, Yuxarı Öysüzlü kəndindən 4 nəfər, Vahidli kəndindən 8 nəfər, Aşağı Öysüzlü kəndindən 1 nəfər, Qazax rayonu Xanlıqlar kəndindən 6 nəfər olmaqla, ümumilikdə 69 mülki şəxsə məxsus fərdi yaşayış evlərinə və təsərrüfatlara 594 min manatdan artıq məbləğdə maddi ziyan vurulub.

    Xüsusilə vurğulanıb ki, Ermənistan Respublikasının işğal altında saxladığı Azərbaycan Respublikasının ərazilərinə Ermənistan istiqamətindən daşıyaraq gətirib qurduğu mühəndis-istehkam mövqelərində əvvəlcədən yerləşdirdikləri Rusiya Federasiyasında istehsal edilmiş “Smerç” yaylım atəşli reaktiv sistem və Ermənistan Respublikası ərazisində Azərbaycan Respublikası ilə şərti təmas xəttində yerləşdirdikləri Rusiya Federasiyasında istehsal edilmiş “9K72”-“Elbrus” əməliyyat-taktiki təyinatlı raket kompleksindən istifadə edilməklə 2020-ci il oktyabrın 4-dən 17-dək olan müddət ərzində Gəncə şəhərinə davamlı şəkildə intensiv atəşlər açıb raket partlayışları zərbələri yetirməklə ümumilikdə 26 mülki şəxsi qəsdən öldürüb, 175 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

    Bununla yanaşı, 2020-ci il oktyabrın 5-dən noyabrın 7-dək olan müddət ərzində “Qrad” və “Smerç” markalı reaktiv yaylım atəş sistemlərindən, həmçinin “Cluster” tipli ballistik raketlərdən, minaatanlardan, digər iriçaplı silahlardan açdıqları atəşlərlə Bərdə rayonunda vahid niyyətlə ümumilikdə 29 mülki şəxs qəsdən öldürülüb, 103 mülki şəxsə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

    Ümumilikdə 44 günlük Vətən müharibəsi zamanı Gəncə və Mingəçevir şəhərləri, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Goranboy (Naftalan), Beyləqan, Cəbrayıl, Kürdəmir və Qəbələ rayonları üzrə ümumilikdə dövlət və xüsusi mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara 187 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.

    Həmçinin 25 epizod üzrə Şuşa şəhəri, Xocavənd rayonunun Qaradağlı kəndi, Xocalı rayonu və digər ərazilərdə köməksiz vəziyyətdə qalmış şəxslərin daşınması üçün həmin ərazilərə uçuş həyata keçirən helikopterlərin müxtəlif silahlardan atəşə tutulması, pilot və sərnişinlərə xəsarət yetirilməsi, eləcə də helikopterlərə ziyan vurulması, Bakı-Tbilisi-Ceyhan Neft Kəmərinin və Qərb İxrac Boru Kəmərinin Goranboy və Yevlax rayonları ərazisindən keçən hissəsinin partladılmasına cəhd göstərilməsi və digər terror aktlarına dair epizodlar da elan edilib.

    #məhkəmə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    20 İyul 2026 22:35

    "Apple" "OpenAI"yə qarşı məhkəmə iddiası qaldırıb

    11 İyul 2026 19:28

    Marin Le Pen Fransa prezidentliyinə namizəd olacağını açıqlayıb

    7 İyul 2026 22:42

    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

    7 İyul 2026 20:27

    ABŞ məhkəməsi İlon Maskın hansı tələbini rədd edib?

    6 İyul 2026 22:00

    Tramp administrasiyası beynəlxalq məhkəmənin ABŞ vətəndaşları üzərində səlahiyyətini rədd edib

    2 İyul 2026 22:00

    Eyni adlı namizəd mübahisəsi Alyaskada gündəm oldu

    27 İyun 2026 21:32

    Tramp administrasiyası Ali Məhkəmədən nə tələb edir?

    26 İyun 2026 22:04

    Con Bolton məxfi sənədlərlə bağlı günahını etiraf edib

    26 İyun 2026 21:04

    Netanyahunun korrupsiya işi üzrə yeni qərar verildi

    27 May 2026 20:51

    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

    25 Dekabr 2025 21:02

    İsraildə Netanyahuya qarşı nümayişlər keçirilib

    2 Dekabr 2025 16:20
    XƏBƏR LENTİ

    Nasirin güvəndiyi mühəndis - Yunis Britaniya və Fransanı Süveyş kanalında necə məğlub etdi?

    NASA-nın yaranmasından 68 il keçir: ABŞ kosmos yarışında liderliyə necə yüksəldi?

    Tarixdə bu gün - 29 İyul

    ABŞ ilə danışıqlar planımız yoxdur, Oman vasitəçiliyi ilə təmaslar davam edir - Kazım Qəribabadi

    Çin Qırmızı dənizdə gəmilərinin təhlükəsiz keçidi üçün husilərlə birbaşa danışıqlar aparır

    ABŞ qüvvələri İran blokadası çərçivəsində 18 ticarət gəmisinin istiqamətini dəyişib - CENTCOM

    ABŞ hücumları mühüm infrastruktur obyektlərini sıradan çıxarıb - İran

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    Vens, Rubio və Heqset Tramp-Netanyahu görüşündə iştirak ediblər

    Tramp ilə "Patriot" raketlərinin Ukraynada istehsalını müzakirə etdik - Zelenski

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.