Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Makronun siyasi uğursuzluqları hazırda Fransanı tarixinin ən “arzuolunmaz dövlət” kimi qavranılması ilə nəticələnib - Sevil Mikayılova

    19 Dekabr 2024 17:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Makronun siyasi uğursuzluqları hazırda Fransanı tarixinin ən “arzuolunmaz dövlət” kimi qavranılması ilə nəticələnib - Sevil Mikayılova
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycana münasibətdə yürütdüyü düşmən siyasətilə Emmanuel Makron Fransa tarixində ikitərəfli münasibətlərimizdə ən utanc gətirən səhifəni acıb. Ölkəmizə qarşı aqressiv təzyiqlər, yalan məlumatlar və dezinformasiya seli, diplomatik manipulyasiyalar – bütün bunlar Fransanın beynəlxalq hüquq və ədalət anlayışından nə qədər uzaq olduğunu, mövcud reallıqlarda nə qədər dilatant davrandığnı acıq-aşkar göstərir.

    Bunu AzerVoice-ə Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

    "Makronun siyasəti bir yarıtmazlıq və iflas nümunəsidir. Bu nümunə göstərir ki, ədalətsizlik, ikiüzlülük və hegemonluq iddiası nəinki səmərə vermir, əksinə, hər bir dövləti siyasi iflasa aparır. Azərbaycan isə bu siyasətə qarşı müqavimət göstərərək qürurunu və beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini qoruyub.

    Keçmişin xəyallarını yaşamağa çalışsa da, Makron Fransanı tənəzzülə aparır.

    Cənubi Qafqazda Fransa və şəxsən Makron 2020-ci ildən bəri Azərbaycana qarşı ifrat aqressiv mövqe tutub.

    44 günlük İkinci Qarabağ müharibəsi zamanı Makron nümayişkaranə şəkildə işğalçı Ermənistanı dəstəklədi və beynəlxalq hüququn prinsipləri ilə ədalət anlayışını ayaqlar altına atdı. Fransa 5 dəfə (!) BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı əsassız ittihamların və böhtanların əks olunduğu qətnamə layihələrinin müzakirəsinə, sonra da səsverməyə çıxarılmasına çalışdı. Nəticədə isə beş dəfə uğursuzluğa düçar oldu. Daha sonra Emmanuel Makronun Avropa İttifaqı vasitəsilə Azərbaycana qarşı sanksiya tələbləri isə onun növbəti uğursuzluğu oldu", - S.Mikayılova bildirib.

    Onun sözlərinə görə, Makron rejiminin idarə etdiyi Fransanın daxili vəziyyəti də ürəkaçan deyil.

    "Ölkənin xarici borcu 3,1 trilyon avroya, yəni ÜDM-in 114%-nə çatıb. Beynəlxalq "Moody’s" reytinq agentliyi son illərdə Fransanın maliyyə reytinqini "AAA"-dan "A"-ya qədər endirib. Avropa Statistika Xidməti (Eurostat) xəbərdarlıq edir ki, belə vəziyyət, xüsusən də faiz dərəcələrinin artması fonunda, ölkənin iqtisadi sabitliyinə böyük təhlükə yaradır.

    Bu, iqtisadi tənəzzülün ən bariz nümunəsidir. Fransada işsizlik səviyyəsi sürətlə artmaqda davam edir: xüsusilə gənclər arasında bu göstərici 20%-i ötüb. Ölkədə elə əyalət, elə bölgə yoxdur ki, orada sosial narazılıqlar, kütləvi etirazlar və aksiyalar olmasın.

    Pensiya islahatlarına qarşı 2023-cü ildə keçirilən 18 kütləvi etiraz aksiyasında 1,5 milyard avrodan çox ziyan dəymişdisə, fasiləsiz etiraz aksiyalarının ölkə iqtisadiyyatında yaratdığı itkilər bu rəqəmdən 23 faiz artıqdır", - o bildirib.

    Millət vəkili qeyd edib ki, Fransada inflyasiya son onilliklərin rekord səviyyələrinə çatıb.

    "Fransa Milli Statistika İnstitutunun məlumatlarına görə, 2024-cü ildə inflyasiya 6%-i keçib. Əhalinin alıcılıq qabiliyyətinin azalması fransızlar arasında narazılığın əsas səbəblərindən birinə çevrilib.

    İqtisadiyyatda mövcud problemlər əhali arasında narazılığın artmasına səbəb olur. İqtisadi çətinliklər həm ultrasağ, həm də ultrasol hərəkatların təsirinin artırır və bu ölkənin siyasi sabitliyinə mənfi təsir göstərir. Daha çox ailə yoxsulluq həddinin altında qalır ki, bu da hökumətə olan etimadı aşağı salır və etiraz əhval-ruhiyyəsini gücləndirir. Şirkətlər yüksək vergi səviyyəsi və aşağı daxili tələbatla üzləşərək investisiyaları azaldır və iş yerlərini ixtisar edir.

    Bu xaos fonunda Emmanuel Makron daxili problemlərin həllinə deyil, daha çox beynəlxalq səhnədə nüfuzunu artırmağa fokuslanıb. O, "demokratiya" adı altında Fransanın zəifləmiş neokolonial idarəetməsini qorumağa çalışır. Ancaq Makronun taktikası uğursuzdur: Fransa ən müxtəlif sahələrdə, məkanlarda və müstəvilərdə iflasları sıralamaqdadır", - S.Mikayılova bildirib.

    Onun sözlərinə görə, Liviya, Mali, Niger, Livan, Gürcüstan – bütün bu ölkələrdə Fransa təsirini tamamilə itirib.

    "Emmanuel Makron və onun hakimiyyətinin idarəetmədə, siyasətdə və diplomatiyadakı fəlakətli uğursuzluqları hazırda Fransanı tarixinin ən arzuolunmaz dövlət kimi qavranılması ilə nəticələnib.

    Fransa, bir vaxtlar azadlıq, bərabərlik və qardaşlıq şüarları ilə dünyanın düzənini dəyişən qüdrətli, nüfuzlu ölkə idi. Amma "makronizm" dövrü bu idealları tam əksinə çevirdi.

    Gerçəklik budur ki, Makronun idarə etdiyi Fransa diplomatiyadan tutmuş, daxili siyasətə və hətta bələdiyyələrədək nüfuzunu itirirərək tənəzzülə uğrayır.

    Fransa illərdir Afrika ölkələrində özünü "müdrik hami, sərt ağa" hiss edib, Afrika xalqlarının sərvətlərini barbarcasına istismar edib, afrikalıların azadlıq və müstəqillik arzularını amansızlıqla boğub.

    Ancaq indi Afrika Parisin nəzarətindən çıxır. Xatırlatmaq yerinə düşər ki, ötən il Niger, Mali və Burkina-Fasoda yerli hakimiyyətlərlə xalq Fransa hərbçilərini ərazilərindən qovdu. Sıradakı ölkələr isə Çad və Seneqaldır. Afrika qitəsində Fransa ixracının payı son 20 ildə iki dəfə azalıb və artıq 5%-dən aşağı düşüb", - S.Mikayılova bildirib.

    Deputat qeyd edib ki, məsələ yalnız Afrika ilə bitmir.

    "Azərbaycanın nümunəsi bir daha sübut edir ki, ədalət, milli qürur və beynəlxalq hüquq hər hansı güclü dövlətin əsassız təzyiqlərinə qalib gəlir. Azərbaycan öz suveren hüquqlarını qorumaq iqtidarında olduğunu çoxdan isbatlayıb. Makron, bunu nə qədər tez anlasa, Fransa üçün bir o qədər faydalı olar", - o bildirib.

    #Sevil Mikayılova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

    1 İyul 2026 12:49

    Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir

    29 İyun 2026 16:45

    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova

    19 İyun 2026 13:14

    15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

    15 İyun 2026 09:25

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

    26 May 2026 15:12

    Azərbaycanın WUF13 kontekstində ən mühüm üstünlüklərindən biri postmünaqişə şəhərsalma təcrübəsidir - Sevil Mikayılova

    17 May 2026 15:46

    Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova

    5 May 2026 12:56

    İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova

    23 Aprel 2026 17:03

    Sevil Mikayılova İstanbulda Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib

    16 Aprel 2026 18:27

    Deputat Sevil Mikayılova Parlamentlərarası İttifaqda yüksək vəzifəyə təyin olunub

    15 Aprel 2026 11:21
    XƏBƏR LENTİ

    Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb - XİN

    Ralf Norman Cənubi Karolinadan Senata namizədliyini irəli sürüb

    Dünya Kuboku zamanı futbolçular sosial mediada kütləvi hücumlarla üzləşib - FİFA

    İranın mülki obyektləri hədəfə alması hərbi cinayətdir - Casim Məhəmməd əl-Budeyvi

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    İsrailli məskunlaşanlar dayandırılsın - Beyrutdan BMT-yə çağırış

    Qətər İranın İordaniya, Bəhreyn və Küveytə hücumlarını kəskin pisləyib

    ABŞ memorandumun şərtlərini pozaraq müharibəni yenidən alovlandırdı - İranın Pakistandakı səfiri

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    ABŞ hücumları davam etdiyi üçün memorandum icra olunmayacaq - Kazım Qəribabadi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.