Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Ombudsman Aparatı və MSK Masallıda seçki hüquqları ilə bağlı tədbir keçirib

    24 Yanvar 2024 15:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ombudsman Aparatı və MSK Masallıda seçki hüquqları ilə bağlı tədbir keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparat rəhbəri və Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri Masallı rayonunda seçki hüquqları ilə bağlı maarifləndirmə tədbiri keçiriblər.

    AzerVoice-in məlumatına görə, “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masada Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı vətəndaşların seçki hüququnun təmini və müdafiəsi istiqamətində təsisat tərəfindən müvafiq işlərin görüldüyünü, MSK ilə birgə Bakı şəhəri və regionlarda birgə silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.

    A.Səfixanlı Ombudsman təsisatının seçki prosesi zamanı müşahidəçilik təcrübəsi barədə məlumat verib.

    Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev bu dövr ərzində görülən işlər, həyata keçirilən tədbirlər barədə müfəssəl məlumat verib. O, ilk dəfə olaraq MSK tərəfindən hazırlanan “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçasının əhəmiyyətinə toxunub.

    Mərkəzi Seçki Komissiyasının əməkdaşı Cavid Zeynalov görülən tədbirlərdən bəhs edərək, xüsusilə də seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bölmə vasitəsilə vətəndaşlar adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

    Sonda dəyirmi masa iştirakçıları fikir və təcrübələrini bölüşüb, eləcə də onları maraqlandıran suallar cavablandırılıb.

    #MSK #Ombudsman Aparatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb

    29 Avqust 2026 12:54

    Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

    28 İyul 2026 10:09

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    8 İyun 2026 14:08

    MSK-ya yeni sədr seçilir

    27 Aprel 2026 16:15

    Uşaqlar arasında energetik içki istifadəsi artır - Ombudsman aparatı

    21 Aprel 2026 12:00

    MSK üzvlərinin səlahiyyət müddəti bitir

    20 Aprel 2026 09:47

    Bakıda əlilliyi olan şəxslər üçün infrastrukturun monitorinqi aparılıb

    14 Aprel 2026 12:00

    Slovakiya Bakı və Brüssel arasında mühüm körpü rolunu oynayır - Rufiz Hafizoğlu

    10 Aprel 2026 22:25

    Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilə bilər

    8 Aprel 2026 21:44

    Ombudsman Aparatı Xocalı soyqırımının ildönümündə “Ana harayı” abidəsini ziyarət edib

    26 Fevral 2026 14:31

    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

    24 Fevral 2026 12:19

    Ombudsman bəyanat yaydı

    19 Yanvar 2026 14:41
    XƏBƏR LENTİ

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.