Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı üçün yüksək şərait yaradılıb - MSK katibi

    19 Yanvar 2024 10:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı üçün yüksək şərait yaradılıb - MSK katibi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Qanunvericiliyin tələbinə əsasən, əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı təmin edilir. Seçki Məcəlləsinin 17-ci maddəsinə görə, seçki orqanları əlilliyi və ya digər fiziki pozuntusu olan şəxslərin, eləcə də uzaq məsafədə yaşayan, yolu çətin keçilən ərazilərdən gələn seçicilərin səsvermədə iştirakı üçün bütün imkanları yaratmalıdırlar. Məcəllənin 104-cü maddəsində isə qeyd olunur ki, əlillik səbəbindən seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan seçici istədiyi şəxsi (məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa) kömək üçün kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir.

    AzerVoice xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

    O qeyd edib ki, Mərkəzi Seçki Komissiyası qanunvericilikdən irəli gələn bu şərtləri yüksək təminatla yerinə yetirir: “Əlilliyi olan seçicilərin səsvermə prosesində iştirakını asanlaşdırmaq üçün müvafiq addımlar atılır. Bu addımlardan biri əlil arabasından istifadə edən şəxslər üçün seçki məntəqələrinə pandusların quraşdırılmasıdır. Mərkəzi Seçki Komissiyası pandusların quraşdırılması işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirir. MSK seçkidə iştirak hüququ olan fiziki qüsurlu şəxslər haqqında nazirlikdən məlumatları alır və onların səs verəcəyi məntəqələrdə pandusların quraşdırılmasını təmin edir”.

    M.Rəhimov bildirib ki, görmə qabiliyyəti məhdud olan seçicilər üçün “Brayl əlifbası” ilə seçki bülletenlərinin çap edilməsi də həyata keçirilir: "Bu məqsədlə MSK Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə sıx əməkdaşlıq edir. Brayl əlifbası ilə çap olunan bülletenlər görmə qabiliyyəti məhdud olan seçicilərin səs verəcəyi məntəqələrlə yanaşı, ehtiyat üçün bütün məntəqələrə verilir. Paralel olaraq, eşitmə qabiliyyəti məhdud olan şəxslərin maarifləndirilməsi işi də həyata keçirilir”.

    MSK katibi əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyası əlilliyi olan şəxslərin seçkilərdə iştirakına dair tələbləri də özündə əks etdirir: “Bu Konvensiya əlilliyi olan şəxslərin seçki hüququnun təmin edilməsi ilə bağlı iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyub. Azərbaycan 2008-ci ildə bu konvensiyaya qoşulub və irəli gələn öhdəliklərin hamısını icra edir”.

    M.Rəhimov diqqətə çatdırıb ki, əlilliyi olan vətəndaşlar fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində öz iradələrini sərbəst və şəffaf şəkildə ifadə etmək imkanına sahib olacaqlar.

    Əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı üçün yüksək şərait yaradılıb - MSK katibi
    #MSK #Azərbaycanda Prezident seçkiləri 2024 #Mikayıl Rəhimov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    MSK-ya yeni sədr seçilir

    27 Aprel 2026 16:15

    MSK üzvlərinin səlahiyyət müddəti bitir

    20 Aprel 2026 09:47

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12

    MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

    28 Noyabr 2025 10:11

    Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlanıb

    10 Yanvar 2025 15:04

    Bələdiyyə seçkiləri ilə əlaqədar 16 min 148 namizəd qeydə alınıb

    8 Yanvar 2025 16:45

    Bələdiyyə seçkilərində 685 adda bülleten çap olunacaq

    8 Yanvar 2025 16:44

    Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı

    3 Yanvar 2025 10:43

    Bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planı layihəsi artıq hazırdır

    28 Noyabr 2024 09:45

    MSK bələdiyyə seçkilərinin vaxtını elan edəcək

    26 Noyabr 2024 17:09

    MSK-nın nümayəndə heyəti Özbəkistan Ali Məclisinə seçkiləri müşahidə edəcək

    26 Oktyabr 2024 14:14

    Deputat seçilənlərin adları açıqlandı

    16 Sentyabr 2024 14:46
    XƏBƏR LENTİ

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Ərdoğan iqlim böhranını “müharibə qədər təhlükəli” adlandırdı

    Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.