Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Prezident İlham Əliyev bütün regionun çiçəklənməsinə şərait yaradıb - Argentinalı ekspert

    19 Yanvar 2024 10:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev bütün regionun çiçəklənməsinə şərait yaradıb - Argentinalı ekspert
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün regionun çiçəklənməsinə şərait yaradıb.

    Bu barədə AzerVoice-a Argentina Beynəlxalq Əlaqələr Şurasının (CARİ) keçmiş akademik direktoru, ekspert Xuan Bataleme deyib.

    O, Prezident İlham Əliyevlə hələ ötən ilin dekabr ayında Bakıda keçirilən forum zamanı görüşdüyünü xatırlayıb.

    "Mən CARİ-nin akademik direktoru qismində orada olarkən gördüyüm ən gözəl şey ölkənin gələcəyinə əminliklə baxan cəmiyyət olub", - o deyib.

    Batalemenin sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti sayəsində ölkə ərazi bütövlüyünü bərpa edib və gələcəyə əminliklə baxaraq ətrafdakı hər kəs üçün ümumi gələcək yaradır.

    O, Prezident İlham Əliyevin ölkəsində SSRİ dağıldıqdan sonra yaranan problemləri həll etdiyini bildirib.

    "O, döyüş qabiliyyətli ordu yaratmağa və regionun geosiyasi məhdudiyyətlərinə baxmayaraq, hədəflərin əldə olunmasına doğru irəliləməyə müvəffəq oldu", - ekspert deyib.

    Bataleme Prezident İlham Əliyevin Azərbaycanın hazırda üzləşdiyi və yaxın gələcəkdə üzləşə biləcəyi geosiyasi çağırışlara dair aydın baxışa malik olduğunu qeyd edib. Onun sözlərinə görə, Prezient İlham Əliyev körpülər inşa etməklə ölkənin bütün qonşularına rifahlı gələcək təklif edir.

    O, Prezident İlham Əliyevin ötən ilin dekabrında ADA universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" forumunda çıxışında həmçinin, regionda infrastrukturun əhəmiyyətindən və Azərbaycanda bu planda atılan addımlardan bəhs etdiyini xatırladıb.

    "Həqiqətən, infrastruktursuz coğrafiya sadəcə xəritədə bir yerdir. Bakının və xüsusən, Prezident İlham Əliyevin regionun infrastrukturunun və kommunikasiyalarının inkişafı üçün etdikləri isə böyük töhfənin daha bir hissəsi olacaq", - deyə Xuan Bataleme sonda bildirib.

    Prezident İlham Əliyev bütün regionun çiçəklənməsinə şərait yaradıb - Argentinalı ekspert
    #Azərbaycanda Prezident seçkiləri 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

    12 Fevral 2024 11:17

    Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 13:18

    ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:37

    İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 12:34

    Oleq Storçevoy Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:31

    Türkmənistandakı səfirliyimizdə qeydiyyatda olan seçicilərin 90,53 faizi Prezident seçkilərində iştirak edib

    8 Fevral 2024 20:55

    Prezident seçkiləri qanunauyğun keçirilib - İordaniyadan olan müşahidəçi

    8 Fevral 2024 17:42

    İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu - “Rossiyskaya Qazeta”

    8 Fevral 2024 17:29

    Seçki günü Ombudsmanın ünvanına şikayət və müraciət daxil olmayıb

    8 Fevral 2024 17:26

    Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı - Tacikistandan olan müşahidəçi

    8 Fevral 2024 17:17

    BAMF-dan növbədənkənar Prezident seçkiləri ilə bağlı açıqlama

    8 Fevral 2024 16:59

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

    8 Fevral 2024 16:26
    XƏBƏR LENTİ

    Türkiyədə mənzil satışları iyunda 130 minə yaxınlaşdı – ipoteka satışlarında kəskin artım (ÖZƏL)

    Türklərin İslamı qəbul etmə tarixi: Talas döyüşü və "qılınc müsəlmanı" mifinin cəfəngiyyatı

    Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir

    Mamdani Nyu-Yorkda Netanyahunu nə üçün həbs edə bilmir?

    Ekoloji dönüş – Səudiyyə 99,4 milyon hektar torpağı bərpa edir

    Visit Qatar “Qatar Goodwood Festival 2026″nın rəsmi tərəfdaşı oldu

    Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib

    İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır

    Sinqapur investorları Türkiyə bazarında fəaliyyətini genişləndirir – ÖZƏL

    Lavrovla səmimi və konstruktiv görüş keçirdik - Rubio

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.