Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    MSK aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib

    10 Yanvar 2024 11:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    MSK aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.

    AzerPress xəbər verir ki, Mərkəzi Seçki Komissiyası yanvarın 10-dan növbəti ölkəmiqyaslı tədbirlərə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib.

    Treninq layihəsinin əsası hələ 2002-ci ildə Komissiyanın nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində qoyulub və ilbəil təkmilləşdirilərək 2008-ci ildən etibarən forma və məzmunca daha da genişləndirilib. Treninqlər o zamandan bəri ölkəmizdəki bütün seçkilərdə keçirilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik və bacarıqlarının, işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsinə əhəmiyyətli töhfələr verib.

    Mərkəzi Seçki Komissiyası qarşıdan gələn seçkilərlə əlaqədar iki mərhələdən ibarət treninq proqramı hazırlayıb. “Trenerlər üçün treninq” adlı birinci mərhələ yanvarın 10-dan başlayaraq 5 gün fasiləsiz keçiriləcək. Bu mərhələ Komissiyanın Treninq qrupu tərəfindən tam praktiki məşğələlər şəklində təşkil olunub və müxtəlif əyani, metodiki, yardımçı vəsaitlərdən istifadə edilməklə keçirilir. “Trenerlər üçün treninq”lərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Onlar seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər.

    Sözügedən treninqlərdə seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar əyani formada səhnələşdirilərək yerli trenerlərə nümayiş etdirilir, habelə praktiki məşğələlər zamanı müxtəlif mövzular geniş müzakirə olunur və yaranan suallar cavablandırılır.

    Treninq layihəsinin məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq ikinci mərhələsinə yanvarın 17-dən başlanacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək.

    Layihənin bu mərhələdə də səmərəliliyini yüksəltmək və keyfiyyətini daha da artırmaq məqsədilə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin praktiki formada və Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən, təxminən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur.

    Qeyd etmək lazımdır ki, treninqlərə qatılan hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunacaq.

    Prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsində müstəsna rolu olan treninq layihəsi, ümumilikdə 38000-ə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.

    #MSK #Azərbaycanda Prezident seçkiləri 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    MSK-ya yeni sədr seçilir

    27 Aprel 2026 16:15

    MSK üzvlərinin səlahiyyət müddəti bitir

    20 Aprel 2026 09:47

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12

    MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

    28 Noyabr 2025 10:11

    Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlanıb

    10 Yanvar 2025 15:04

    Bələdiyyə seçkiləri ilə əlaqədar 16 min 148 namizəd qeydə alınıb

    8 Yanvar 2025 16:45

    Bələdiyyə seçkilərində 685 adda bülleten çap olunacaq

    8 Yanvar 2025 16:44

    Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı

    3 Yanvar 2025 10:43

    Bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planı layihəsi artıq hazırdır

    28 Noyabr 2024 09:45

    MSK bələdiyyə seçkilərinin vaxtını elan edəcək

    26 Noyabr 2024 17:09

    MSK-nın nümayəndə heyəti Özbəkistan Ali Məclisinə seçkiləri müşahidə edəcək

    26 Oktyabr 2024 14:14

    Deputat seçilənlərin adları açıqlandı

    16 Sentyabr 2024 14:46
    XƏBƏR LENTİ

    Azərbaycan və Çinin “PowerChina Resources” şirkəti yaşıl enerji əməkdaşlığını müzakirə edib

    Oman və Pakistan Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

    İsrail ordusu Beyt Furik kəndini bağladığını açıqlayıb

    İran ABŞ-ı "kollektiv cəzalandırma siyasəti" yürütməkdə ittiham edib

    Pakistanın Baş naziri husilərin Səudiyyə gəmilərinə hücumlarını pisləyib

    Bab əl-Məndəbdə gərginlik: İran–ABŞ qarşıdurması davam edir

    Türkiyədə iş yeri satışları artıb – iyunda 16,5 mindən çox obyekt satılıb

    ABŞ-da əsl Toyota Land Cruiser-ə ən yaxın alternativ - Nissan Armada Pro-4X

    Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək

    Türkiyədə mənzil satışları iyunda 130 minə yaxınlaşdı – ipoteka satışlarında kəskin artım (ÖZƏL)

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.