Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Məhkəmələr Prezident seçkilərində öz üzərinə düşən vəzifələri həyata keçirməyə hazırdır – İnam Kərimov

    8 Yanvar 2024 11:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Məhkəmələr Prezident seçkilərində öz üzərinə düşən vəzifələri həyata keçirməyə hazırdır – İnam Kərimov
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Ölkəmizdə seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Bu cür müraciətlərə birbaşa apellyasiya instansiyası məhkəmələrində baxılması işlərə daha keyfiyyətli və operativ baxılmasını, eləcə də, proseslərin seçkilərin mahiyyəti nəzərə alınmaqla daha çevik idarə olunmasını təmin etmək məqsədi daşıyır.

    AzerPress xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov bu gün seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan tədbirdə deyib.

    O qeyd edib ki, məhkəmələr həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərində öz üzərinə düşən vəzifələri həyata keçirməyə hazırdır.

    “Bu sahədə münasibətləri tənzimləyən Seçki Məcəlləsi ölkəmizdə seçkilərin təşkili və keçirilməsinin əsas qaydalarını müəyyən edir. Seçki Məcəlləsində həm də seçki qanunvericiliyinin güman olunan pozulması hallarında məhkəmələrə müraciət edilməsi ilə bağlı çoxsaylı hüquqi imkanlar öz əksini tapıb.

    Məcəllə ilk öncə seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət vermək hüququ olan şəxslərin əhatə dairəsini müəyyən edir. Bu şəxslərin dairəsinə - seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları aiddir.

    Şikayət hüququnun reallaşdırılması iki imkanı nəzərdə tutur - inzibati şikayət və məhkəməyə şikayət verilməsi. Dairə seçki komissiyasının qərarından ilk öncə Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, məhkəməyə şikayət edilə bilər.

    Maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

    Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.

    Bu növ şikayətlərə apellyasiya instansiyası məhkəmələrində seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatda Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən baxılır.

    İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır”, - deyə o qeyd edib.

    İ.Kərimov vurğulayıb ki, məhkəmələrdə seçki hüquqlarının müdafiəsinə dair mübahisələrə baxılarkən, bir qayda olaraq, müvafiq seçki komissiyalarının qərar və hərəkətlərinin qanuniliyi yoxlanılır.

    “Bu zaman icraatın özünün aparılmasına münasibətdə prosessual təminatlara riayət edilib-edilmədiyinə, maddi hüququn düzgün tətbiq olunub-olunmadığına qiymət verilir. Dinlənilmə hüququnun təmin edilməsi, tərəflərə vəsatət və sübut təqdim etmək imkanlarının yaradılması, obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməklə şikayətin araşdırılması və s. hallar prosessual təminatlarla əhatə olunur. Seçki komissiyalarından öz fəaliyyətlərini sözügedən tələblərə uyğun qurmaları gözlənilir.

    Bununla yanaşı, seçki hüquqlarının müdafiəsi ilə bağlı hər bir qaldırılan məsələyə münasibətdə işin bütün faktiki halları tam araşdırılmalı, qərarların əsaslandırılmış formada qəbul edilməsi təmin edilməlidir. Seçki hüquqlarının müdafiəsi ilə əlaqədar müraciətlərə baxılmasının təfsilatlı xüsusiyyətləri barədə bir qədər sonra Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov daha ətraflı məlumat verəcəkdir.

    Xüsusilə vurğulamaq istərdim ki, seçki komissiyaları tərəfindən prosedurların inzibati icraat qaydalarına uyğun aparılması, nəticədə məhkəmələrə olunan müraciətlərin də azalmasına səbəb olur. Bu baxımdan qeyd etmək istəyirəm ki, ölkəmizdə seçki prosesi və onun idarə olunması ildən-ilə daha da təkmilləşdirilir. Bu sahədə müasir texnologiyaların imkanlarından da gün keçdikcə daha geniş istifadə olunur. Bütün bunlar isə seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilini təmin edir, həmçinin vətəndaşların seçki hüquqlarının hərtərəfli qorunmasına xidmət edir”, - deyə o əlavə edib.

    Xəbər yenilənəcək

    Məhkəmələr Prezident seçkilərində öz üzərinə düşən vəzifələri həyata keçirməyə hazırdır – İnam Kərimov
    #MSK #İnam Kərimov #Azərbaycanda Prezident seçkiləri 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    MSK-ya yeni sədr seçilir

    27 Aprel 2026 16:15

    MSK üzvlərinin səlahiyyət müddəti bitir

    20 Aprel 2026 09:47

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12

    MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

    28 Noyabr 2025 10:11

    Bakı Arbitraj Mərkəzinin açılış mərasimi keçirilir

    24 Oktyabr 2025 11:13

    Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlanıb

    10 Yanvar 2025 15:04

    Bələdiyyə seçkiləri ilə əlaqədar 16 min 148 namizəd qeydə alınıb

    8 Yanvar 2025 16:45

    Bələdiyyə seçkilərində 685 adda bülleten çap olunacaq

    8 Yanvar 2025 16:44

    Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı

    3 Yanvar 2025 10:43

    Bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planı layihəsi artıq hazırdır

    28 Noyabr 2024 09:45

    MSK bələdiyyə seçkilərinin vaxtını elan edəcək

    26 Noyabr 2024 17:09

    MSK-nın nümayəndə heyəti Özbəkistan Ali Məclisinə seçkiləri müşahidə edəcək

    26 Oktyabr 2024 14:14
    XƏBƏR LENTİ

    Millimizin heyətindən iki oyunçu çıxarıldı

    Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

    Türkmənistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

    Kim Çen In donanmaya 10 min tonluq esmines inşa etməyi tapşırıb

    ABŞ İranın hücumlarına cavab verib

    366 at güclü hibrid , 2026 Lexus RX500h modelinin müsbət və mənfi tərəfləri

    İran ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb

    Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

    Pentaqon İsrail kəşfiyyatının ABŞ rəsmilərini izləməsindən narahatdır - Əks-kəşfiyyat təhdidi ən yüksək həddə

    Tankların qorunmasında yeni nəsil həllər: NERA və NxRA zireh sistemləri nədir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.