Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Fələstin
    Fələstin

    İsrail 1982-ci ildə Livanda itkin düşən əsgərin qalıqlarını tapdığını açıqlayıb

    18 Avqust 2026 15:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail 1982-ci ildə Livanda itkin düşən əsgərin qalıqlarını tapdığını açıqlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    İsrail mediası 1982-ci ildə Livanın Sultan Yaqub bölgəsində baş verən döyüş zamanı itkin düşən Yehuda Kats adlı əsgərin qalıqlarının 45 ildən çox müddət sonra tapıldığını bildirib.

    “Kan 12” telekanalının məlumatına görə, İsrailə gətirilən insan qalıqları hazırda ekspertizadan keçirilir. İlkin ehtimala əsasən, qalıqlar Sultan Yaqub döyüşündə itkin düşən əsgər Yehuda Kats-a məxsusdur. Təhlükəsizlik qurumlarının onun ailəsinə kimlik müəyyənləşdirmə prosesi barədə məlumat verdiyi bildirilir.

    Kats 1982-ci ilin iyununda İsrailin Livanın cənubuna müdaxiləsi zamanı Suriya və İsrail qüvvələri arasında baş verən Sultan Yaqub döyüşündə itkin düşən 6 əsgərdən biri olub. Döyüş nəticəsində 20 İsrail əsgəri öldürülüb, onlarla hərbçi yaralanıb.

    Digər əsgərlərin qalıqları da tapılıb

    Sultan Yaqub döyüşündə itkin düşən digər əsgərlərin qalıqları da müxtəlif illərdə İsrailə qaytarılıb.

    2025-ci ilin mayında İsrailin baş naziri Benyamin Netanyahu Tsvi Feldmanın qalıqlarının xüsusi əməliyyat nəticəsində tapılaraq İsrailə gətirildiyini açıqlamışdı. İsrail ordusu və Mossad onun qalıqlarının Suriyanın dərinliklərində aşkar edildiyini bildirmişdi.

    Bundan əvvəl isə 2019-cu ilin aprelində həmin döyüşdə itkin düşən Zaxari Baumelin cəsədi İsrailə qaytarılmışdı. İsrail tərəfi həmin əməliyyatda Mossad və Rusiya Müdafiə Nazirliyinin də iştirak etdiyini açıqlamışdı.

    1982-ci ildə İsrail Livana genişmiqyaslı müdaxilə edərək “Qalileyə sülh” əməliyyatına başlayıb. Müdaxilə Livanda ağır humanitar və siyasi nəticələrə səbəb olmaqla yanaşı, regionun geosiyasi vəziyyətinə uzunmüddətli təsir göstərib.

    #MOSSAD #İsrail ordusu #İsrail əsgərləri #Yehuda Kats #Sultan Yaqub döyüşü #1982 Livan müharibəsi #İtkin İsrail əsgərləri #Livanın işğalı #Tsvi Feldman #Zaxari Baumel #İsrailin Livana müdaxiləsi #Suriya-İsrail müharibəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    İsrail ordusu Livanın cənubunda güclü partlayışlar törədib

    21 Avqust 2026 18:22

    İsrail 2 il sonra Hind Rəcəbin öldürülməsini etiraf edib

    20 Avqust 2026 09:31

    İsrail ordusu 30 fələstinlini saxladı

    19 Avqust 2026 13:47

    Hizbullah mülki şəxsləri qəsdən təhlükəyə atıb - İsrail

    15 Avqust 2026 19:44

    İsrailin Livanın cənubuna zərbələri nəticəsində 7 nəfər ölüb

    15 Avqust 2026 13:55

    İordan çayının qərb sahilində məskunlaşanlarla bağlı səlahiyyətlər Ben-Qvirə verilir

    15 Avqust 2026 13:47

    Fələstinlilərin evlərinin dağıdılması yenidən müzakirə mövzusu olub

    11 Avqust 2026 18:23

    İsrail qüvvələri Livanın cənubunda irəliləyib

    8 Avqust 2026 18:05

    İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yeni basqınlar həyata keçirib

    8 Avqust 2026 18:02

    İsrail ordusu Livana qanunsuz keçən məskunlaşmaçı fəalları geri qaytardığını açıqlayıb

    6 Avqust 2026 17:19

    İsrail həbsxanalarında 46 suriyalı saxlanılır

    4 Avqust 2026 11:19
    XƏBƏR LENTİ

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Meksikalı qubernator ABŞ-nin kartel ittihamlarından sonra işinə qayıdıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.