Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Özbəkistan
    Özbəkistan

    Özbəkistanda Azərbaycan QHT-ləri ilə bağlı əməkdaşlıq forumu keçirilir

    5 Dekabr 2024 13:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Özbəkistanda Azərbaycan QHT-ləri ilə bağlı əməkdaşlıq forumu keçirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Bu gün Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan QHT-lərinin forumu işə başlayıb.

    AzerVoice QHT-lərə Dövlət Dəstəyi Agentliyinə istinadən xəbər verir ki, forumun rəsmi açılış mərasimində əvvəlcə hər iki ölkənin Dövlət Himnləri səsləndirilib.

    Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırlayıb və bildirib ki, hazırki forum bu prosesin davamıdır.

    Özbəkistanın Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai Fondundan Ayırmaların İdarəedilməsi üzrə Komissiyanın sədri Adxam Şodmonov ilk dəfə dekabrın birinci həftəsinin Özbəkistanda "Vətəndaş cəmiyyəti həftəsi"kimi qeyd olunmağa başlandığını vurğulayıb, belə bir həftədə bu forumun keçirilməsini Azərbaycanla münasibətlərə verilən xüsusi əhəmiyyətin daha bir təzahürü kimi qiymətləndirib.

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, artıq əminliklə demək olar ki, iki qardaş ölkənin vətəndaş cəmiyyəti, QHT-ləri arasında çox güclü dostluq, əməkdaşlıq, həmrəylik körpüsü fəaliyyətdədir:

    "Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir. İki ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır. Azərbaycan və Özbəkistan münasibətləri sürətlə inkişaf edir, bu tarixi uğur Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Həm Azərbaycan, həm də Özbəkistan öz xalqlarının milli maraqlarına əsaslanan müstəqil, ləyaqətli siyasət yürüdürlər".

    O, Özbəkistan QHT-lərinə COP29-la əlaqədar ilk gündən Azərbaycana verilən qardaş dəstəyinə görə təşəkkür edib: "Ötən müddətdə 100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb. Onlar Türk dünyasında ilk dəfə COP29-a evsahibliyi və sədrlik edən Azərbaycana güclü dəstək ifadə ediblər. Yeri gəlmişkən, ölkələrimiz artıq yaşıl enerji sahəsində də sıx əməkdaşlığa başlayır. COP29 çərçivəsində türk dövlətlərinin QHT-lərinin I forumu da keçirildi. Özbəkistan heyəti orada çox fəal iştirak etdi, vacib təşəbbüslər irəli sürüldü". Tural Əliyev Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan etməsinin vaxtının çatdığını da bildirib: "Biz buna hazır olduğumuzu bəyan edirik. Özbəkistan QHT-lərinə Azərbaycanda layihələr icra etmək üçün bütün köməkliyi göstərməyə hazırıq".

    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, ötən il Füzulidə baş tutan forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlıq güclənib, Agentlik bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də fəal iş aparacaq.

    Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin müşaviri Mahir Cəfərov bildirib ki, iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdə QHT-lərin də layiqli töhfələrini verməyə başlaması münasibətlərə yeni çalar qatır.

    Rəsmi açılış mərasimində Özbəkistanın Ali Məclisinin Senatının nümayəndələri, Azərbaycan və Özbəkistandan olan bir qrup QHT təmsilçiləri də iştirak edib.

    Forumda Azərbaycanla bağlı videoçarx da nümayiş olunub.

    Forum sessiyalarla davam edəcək.

    #Özbəkistan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Ziroat Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:40

    Özbəkistan Prezident Administrasiyasının rəhbəri Ərəb Media Sammiti 2026-nın əsas məruzəçisidir

    26 Avqust 2026 13:23

    Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

    24 Avqust 2026 18:27

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    24 Avqust 2026 10:02

    Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır - Hikmət Hacıyev

    23 Avqust 2026 14:58

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 21:19

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    22 Avqust 2026 18:36

    Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 14:57

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

    20 Avqust 2026 11:40

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58
    XƏBƏR LENTİ

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.