Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Özbəkistan
    Özbəkistan

    Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirilib

    7 Noyabr 2024 12:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın Zəfər Günü ilə bağlı böyük konsert tədbiri keçirilib.

    AzerVoice xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, Azərbaycan diasporunun üzvləri, tələbələr, jurnalistlər iştirak edib.

    Əvvəl iştirakçılar Mərkəzin foyesində Azərbaycan xalqının zəfərinə həsr edilmiş foto və kitablardan ibarət sərgiyə baxıblar.

    Qonaqları salamlayan Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev 44 günlük Vətən müharibəsi, torpaqlarımızın Ermənistanın işğalından azad olunması, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı və şücaəti haqqında söhbət açaraq 2020-ci ilin 27 sentyabr tarixində düşmənin bütün cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin döyüş mövqelərini və yaxınlıqdakı yaşayış məntəqələrini müxtəlif silahlardan istifadə etməklə atəşə tutduğunu, mülki əhali arasında qırğının qarşısını almaq və itirilmiş torpaqlarımızı qaytarmaq məqsədi ilə ali baş komandanlıq tərəfindən bütün cəbhə xətti boyu hərbi əməliyyatların başlanmasına əmr verildiyini və bununla da II Qarabağ müharibəsinin başlanmış olduğunu deyib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi Azərbaycan əsgərinin şücaəti şəhidlərin qanı canı bahasına cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan 28 ildən sonra öz torpaqlarını azad etmiş, tarixi Zəfəri qazanmış, şəhidlərimizin qanını yerdə qalmamış, qisasları alınmışdır.
    N.Əlimirzəyev 8 noyabr tarixində Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin işğaldan azad olunduğu günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 noyabr zəfər günü kimi qeyd olunduğunu da söylədi.

    Çıxış edən Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Saidqaniyeva müharibə dövründə Ermənistanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərini, kəndləri, mülki əhalini böyük dağıdıcı gücə malik raketlərlə atəşə tutmaqla beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyasının öhdəliklərinə zidd olan müharibə cinayətləri törətdiyini vurğulayıb. Lakin rəşadətli Azərbaycan ordusunun düşmənə layiqli cavab verərək tarixi qələbə qazanıldığını söyləyən deputat bütün Azərbaycan xalqını tarixi Zəfər Günü münasibətilə təbrik edərək özbək xalqının hər zaman öz qardaşlarının yanında olduğunu vurğulayıb.

    Rəsmi hissədən sonra keçirilən konsertdə Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan, Başqırdıstan və Tatarıstanın xalq artisti Jenisbek Piyazov, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev, Özbəkistanın “Özbəyim yoşları" (Özbəyim gəncləri) musiqi qrupunun üzvləri Azərbaycan və özbək dilində mahnılar, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

    Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirilib
    Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirilib
    Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirilib
    Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirilib
    Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirilib
    Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirilib
    Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirilib
    Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirilib
    Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibəti ilə tədbir keçirilib
    #Azərbaycan #Özbəkistan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azovda xarici yük gəmilərinə dron hücumunda 5 Azərbaycan vətəndaşı həlak olub - XİN

    5 İyun 2026 13:38

    Azərbaycanda cərimə balları artırıla bilər

    5 İyun 2026 11:50

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    4 İyun 2026 22:44

    Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə edilib

    4 İyun 2026 19:35

    Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik edib

    4 İyun 2026 19:16

    Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    4 İyun 2026 18:51

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    4 İyun 2026 17:34

    Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndərilib

    4 İyun 2026 14:37

    Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    3 İyun 2026 18:29

    Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib

    3 İyun 2026 18:20

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19
    XƏBƏR LENTİ

    CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

    İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi uydurmadır - MEDİA

    Azovda xarici yük gəmilərinə dron hücumunda 5 Azərbaycan vətəndaşı həlak olub - XİN

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib

    İran və Pakistanın daxili işlər nazirləri görüşüb - Son gərginliklər fonunda nələr müzakirə olunub?

    Rohingiya müsəlmanlarının problemlərinin həlli üçün Ankara fəal əməkdaşlıq aparır - Hakan Fidan

    BMT Liviyada miqrantların yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

    Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

    Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb

    Akvakultura istehsalı Türkiyə balıqçılıq sektorunun əsas dayağına çevrilib?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.