Tehranda keçirilən yüksək səviyyəli müzakirələrdə İran, Çin və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmiləri regional əməkdaşlığı möhkəmləndirmək və diplomatik əlaqələri inkişaf etdirmək öhdəliyini bir daha vurğulayıblar. Dekabrın 9-da Tehranda baş tutan üçüncü üçtərəfli görüşün sonunda Səudiyyə Xarici İşlər Nazirliyinin müavini Vəlid əl-Xurayci və Çin Xarici İşlər Nazirliyinin müavini Miao Deyu İran Xarici İşlər Naziri Abbas Araqçi ilə danışıqlar aparıblar.
Digər Xəbərlər
Vatikan Dövlət Başçısı Papa 14. Leo ilə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Roma şəhərində görüşüb. Görüş zamanı Rusiyanın Ukraynaya qarşı apardığı müharibə və diplomatik təşəbbüslərin davam etdirilməsi müzakirə olunub. Vatikan Mətbuat Ofisinin açıqlamasında bildirilib ki, Papa Ukraynadakı münaqişəyə dair səmimi söhbətdə dialoqun davam etdirilməsinin vacib olduğunu və bu səylərin ədalətli və davamlı sülhə yol aça biləcəyi ümidini ifadə edib.
İranın Nüvə Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami ölkənin mülki nüvə proqramını inkişaf etdirməyə davam edəcəyini bildirərək, eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) çərçivələrinə tam riayət edəcəyini vurğulayıb. Bu, Tehran fəaliyyətləri ilə bağlı siyasi səbəblərlə irəli sürülə biləcək ittihamlardan çəkinmək məqsədi daşıyır. İslami, müasir dünyada “cangüdümlü qanun və ikili standartlar”ın hökm sürdüyünü qeyd etsə də, MAQATE-nin BMT-yə tabe olan bir qurum olduğunu bildirərək, İranın “qaydaları pozmaq iddialarından qorunmaq üçün çərçivələrə riayət etməsinin vacib” olduğunu bildirib.
ABŞ Federal Məhkəməsi Donald Tramp administrasiyasının qərarını ləğv edərək Tufts Universitetinin doktorant tələbəsi Rumeysa Öztürkün tələbə statusunun bərpa olunması barədə göstəriş verib. Qərar tələbənin miqrasiya saxlanma mərkəzində səkkiz ay ərzində qanunsuz şəkildə saxlanılması ilə bağlı proseslər fonunda elan olunub.
Tayland ilə Kamboca arasında atəşkəs razılaşmasına baxmayaraq yenidən başlayan sərhəd gərginliyi silahlı toqquşmalara səbəb olub. İlkin məlumata görə, Kambocanın 4 mülki vətəndaşı həlak olub, 9 nəfər isə yaralanıb. Kamboca İnformasiya Naziri Neth Pheaktra sərhədyanı kəndlərdən on minlərlə insanın təhlükəsizlik məqsədilə köçürüldüyünü bildirib. Tayland ordusu da açıqlama yayaraq 50 mindən çox sakinin sərhəd ərazilərini tərk edərək sığınacaqlara yerləşdirildiyini bildirib.
Sudanın ən böyük neft sahəsi Hegliq, ölkənin cənub sərhədində yerləşən Kordofan bölgəsində paramilitar Qısa Müddətli Dəstək Qüvvələri (RSF) tərəfindən ələ keçirilib. Bu səbəbdən sahədə çalışan işçilər təxliyə olunub və istehsal dayandırılıb.
ABŞ Konqresi, 2026-cı il Maliyyə ili üzrə Milli Müdafiə Səlahiyyətləri Qanunu (NDAA) çərçivəsində Suriyaya yönəlik Sezar Qanunu sanksiyalarını ləğv etmək üçün tənzimləmə üzərində çalışır. Qanun layihəsinə görə, sanksiyaların ləğvi müəyyən şərtlərə bağlı olacaq və ABŞ Prezidenti mövzu ilə bağlı hesabatları Konqresə təqdim etməlidir.
ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin təklif etdiyi “sülh planını” oxumadığını və buna görə məyus olduğunu bildirib. Tramp, Kennedi Mərkəzində iştirak etdiyi tədbirdə qırmızı xalça üzərində jurnalistlərin gündəmə dair suallarını cavablandırıb. Zelenskinin, Rusiya-Ukrayna Müharibəsini bitirməyə yönəlmiş ABŞ-ın təklif etdiyi planı hələ oxumadığını qeyd edən Tramp, bu səbəbdən məyusluq yaşadığını söyləyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Suriyada baş verən rejim dəyişikliyinin birinci ildönümündə yazılı açıqlama yayıb. Quterreş, Suriyanın devrilmiş lideri Bəşər Əsəd hakimiyyətinin çöküşü ilə "onilliklər boyu davam edən təzyiq rejiminin sona çatdığını" xatırladıb. “Bu gün Əsəd hökumətinin devrilməsindən və onilliklər boyu davam edən basqı sisteminin sona çatmasından bir il keçir. Təsəvvürəgəlməz çətinliklərə baxmayaraq ümidini heç vaxt itirməyən Suriya xalqının dözüm və cəsarətinə hörmət edirəm.” - deyə Quttereş qeyd edib.
İran, Oman Dənizi və Fars Körfəzi sularını boru xətti ilə İsfahan bölgəsinə çatdırmağı nəzərdə tutan “Dəniz Suyunu Orta Platolara Daşıma Layihəsi”nin üçüncü mərhələsinə start verib. İran Prezident Məsud Pezeşkian layihənin 800 kilometrlik Sircan–İsfahan hissəsinin açılışını edib. Layihə, xüsusilə İsfahandakı polad sənayesinin su ehtiyacını qarşılamaq məqsədi daşıyır və Mubarek Polad Şirkətinin dəstəyi ilə həyata keçirilir.
MT-nin baş katibi Antonio Quterreş Konqo Demokratik Respublikası ilə Ruanda arasında Vaşinqtonda imzalanan sülh və iqtisadi razılaşmanı müsbət qiymətləndirib. Quterreşin sözçüsü Stefan Düjarrikin açıqlamasına görə, bu anlaşma iki ölkə arasında etimadın bərpası və şərqi Konqoda davamlı sülhün təmin olunması istiqamətində mühüm addım hesab olunur.
Son 11 il, yəni 2015–2025-ci illər, 176 illik müşahidə rekordunda ayrı-ayrılıqda ən isti illər olub. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) bu gün yaydığı hesabatda qeyd olunub.