Digər Xəbərlər

Rusiya Prezidenti Vladimir Putin martın 27-də — Teatr Günü münasibətilə Dərbənddə yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən qurulmuş binasının açılışını edəcək. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovun sözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır. Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.

Fars körfəzinin ən strateji keçid məntəqəsi olan Hörmüz boğazı ətrafında gərginlik kritik həddə çatıb. ABŞ və İsrailin hücumlarından sonra İranın boğazı bağlaması fonunda Prezident Donald Tramp bölgədəki mühüm adaları hədəf alan hərbi planlarını yenidən gündəmə gətirib. Tramp müttəfiqlərindən boğazın açılması üçün hərbi dəstək tələb etsə də, bu müraciət gözlənilən reaksiyanı verməyib. Bunun ardınca ABŞ prezidenti İranın əsas neft ixrac terminalı olan Xark adasını işğal etməklə hədələyib. Martın 15-də adaya hava zərbələri endirildiyini elan edən Tramp, hələlik neft anbarlarının hədəf alınmadığını vurğulayıb.

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinin İran məsələsində gecikən reaksiyasından narazı olduğunu bildirib. Xatırladaq ki, Tramp daha əvvəl NATO ölkələrinin İranla bağlı vəziyyətdə ABŞ-a dəstək vermədiyini bildirərək alyansı tənqid etmişdi. O, ABŞ-ın NATO-nun köməyinə ehtiyac duymadığını, lakin bu vəziyyəti unutmayacaqlarını qeyd etmişdi.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper İrana qarşı həyata keçirilən hərbi əməliyyatların gedişatı ilə bağlı mühüm açıqlamalar verib. Əməliyyatın dördüncü həftəsində olduqlarını qeyd edən admiral, qarşıya qoyulan hərbi məqsədlərə planlaşdırılandan daha sürətlə nail olduqlarını bildirib. Bred Kuperin sözlərinə görə, ABŞ qüvvələri indiyədək İranın 10 mindən çox hərbi hədəfinə zərbə endirib. O, xüsusilə İran hərbi dəniz qüvvələrinin ağır itkilər verdiyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının illik tədbirində çıxış edərək, İran rəhbərliyinin gizli şəkildə danışıqlar apardığını və saziş imzalamağa can atdığını iddia edib. Trampın sözlərinə görə, Tehran rəsmiləri bu istəklərini həm öz xalqından, həm də ABŞ-dan gələn təhlükələr səbəbindən ictimaiyyətə açıqlamaqdan çəkinirlər. Çıxışı zamanı Tramp "müharibə" ifadəsi yerinə "hərbi əməliyyat" terminindən istifadə edəcəyini bildirib. O, baş verənləri "hərbi məhv" adlandıraraq, İranın nüvə silahına sahib olma ehtimalını "xərçəng"ə bənzədib.

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra strateji əhəmiyyətli Hörmüz boğazının faktiki olaraq qapanması Asiya ölkələrini dərin enerji böhranı ilə üz-üzə qoyub. Dünyanın dəniz yolu ilə daşınan neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 20%-nin keçdiyi bu keçid məntəqəsində gəmi hərəkətinin dayanması Çin, Hindistan, Yaponiya və Cənubi Koreya kimi sənaye nəhənglərində yanacaq təchizatını iflic edib.

ABŞ və İsrailin İrana qarşı başladığı və qarşılıqlı hücumlarla davam edən regional gərginlik fonunda yayılan məlumata görə, Tehran Vaşinqtonla danışıqlarda yalnız müəyyən şəxslərlə təmas qurmaq niyyətindədir. Mənbələrə görə, Vens digər ABŞ rəsmilərindən fərqli olaraq müharibənin dayandırılması məsələsində “daha müsbət mövqedə” görünür və onun münaqişənin sona çatdırılmasına daha meyilli olduğu düşünülür.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı rəsmi açıqlama yayılıb. Açıqlamada İrana qarşı hücumların başlanğıcından bəri ölkə ərazisində 9 mindən çox hədəfin vurulduğu bildirilib. Həmçinin qeyd edilib ki, aralarında döyüş gəmilərinin də olduğu 140-dan çox gəmi ya ciddi zədələnib, ya da tamamilə məhv edilib.

ABŞ Prezidenti Donald Tramp, İranın enerji stansiyalarına və enerji infrastrukturuna qarşı planlaşdırılan bütün hərbi zərbələrin 5 gün müddətinə təxirə salınması barədə rəsmi göstəriş verib. Bu qərar Hörmüz boğazı ilə bağlı verilən 48 saatlıq ultimatumun başa çatmasına az qalmış açıqlanıb. Prezidentin bu qərarı regionda gərginliyin diplomatik yolla azaldılması üçün son şans kimi qiymətləndirilir. Tramp qeyd edib ki, bu 5 günlük möhlət İran rejiminin Hörmüz boğazını beynəlxalq naviqasiya üçün tam açması və təhdidləri dayandırması üçün verilən son imkandır.