BAKI, VOA, Nailə Babazadə
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), İranın ABŞ və İsrailin hücumlarına verdiyi cavab zərbələri zamanı həlak olan amerikalı hərbçilərin sayının 7-yə çatdığını bildirib.
VOA xəbər verir ki, komandanlığın sosial media hesabından verilən açıqlamada, "Ötən gecə İran rejiminin Yaxın Şərqdəki ilkin hücumları zamanı aldığı yaralar səbəbindən daha bir ABŞ əsgəri həyatını itirdi" ifadəsi işlədilib.
Bununla da ABŞ-ın İrana qarşı hərbi əməliyyatları fonunda həlak olan əsgərlərin sayının 7-yə yüksəldiyi, sonuncu hərbçinin martın 1-də Səudiyyə Ərəbistanındakı ABŞ bölmələrinə edilən hücumda ağır yaralandığı qeyd olunub. Açıqlamada həmçinin İrana qarşı genişmiqyaslı hərbi müdaxilənin davam etdiyi vurğulanıb.