Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    BioNTech xərçəng dərmanı üçün ABŞ nəhəngi ilə əməkdaşlığa başlayıb

    4 İyun 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BioNTech xərçəng dərmanı üçün ABŞ nəhəngi ilə əməkdaşlığa başlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    BioNTech və Bristol Myers Squibb xərçəng dərmanı üzrə 11,1 milyard dollarlıq tərəfdaşlıq qurub.

    AzerVoice xəbər verir ki, mRNA texnologiyası ilə tanınan Almaniyanın BioNTech şirkəti ABŞ-ın əczaçılıq nəhəngi Bristol Myers Squibb ilə birlikdə yeni xərçəng dərmanının hazırlanması üçün 11,1 milyard dollar dəyərində əməkdaşlıq müqaviləsi imzalayıb.

    Müqavilə çərçivəsində tərəflər dərmanın inkişafı, klinik tədqiqatları və qlobal satışını birgə həyata keçirəcək.

    BNT327 kodlu dərman şişlərin immunosupressiv təsirlərinə qarşı mübarizə aparmaq məqsədi daşıyır və müxtəlif xərçəng növlərində tək və ya kombinə edilmiş müalicə vasitəsi kimi istifadə oluna bilər. Hazırda dərmanın ağciyər xərçəngi üçün 3-cü faza klinik sınaqları davam edir, ilin sonuna qədər döş xərçəngi üçün də tədqiqatlara start veriləcəyi bildirilir.

    BioNTech bu dərmanın hüquqlarını Çin biotexnologiya şirkəti Biotheus-u satın alaraq əldə edib. Müqaviləyə əsasən, Bristol Myers Squibb ilkin olaraq BioNTech-ə 3,5 milyard dollar ödəyəcək, gələcək mərhələlərdə isə əlavə 7,6 milyard dollar ödəniş mümkün olacaq. Klinik xərclər və dərmandan əldə olunacaq gəlirlər tərəflər arasında bərabər şəkildə bölüşdürüləcək.

    Qeyd edək ki, BioNTech koronavirus pandemiyası dövründə hazırladığı mRNA əsaslı peyvəndlə dünya miqyasında tanınmış və bu texnologiyanı indi xərçəng müalicəsində tətbiq etməyə yönəlib.

    #Almaniya #ABŞ #Çin #Xərçəng xəstəliyi #əczaçılıq məhsulları #BioNTech xərçəng dərmanı #Bristol Myers Squibb əməkdaşlığı #ağciyər xərçəngi müalicəsi #klinik tədqiqatlar 2025 #əczaçılıq sənayesi tərəfdaşlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    2 Sentyabr 2026 18:29

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    2 Sentyabr 2026 18:26

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    2 Sentyabr 2026 18:23
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.