Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Uşaqlar risk altındadır

    9 Avqust 2024 10:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Uşaqlar risk altındadır
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Dünyada və Türkiyədə milyonlarla istifadəçisi olan və uşaqların rahatlıqla əldə edə bildiyi bəzi rəqəmsal əsaslı oyun platformaları cinsi təcavüz, istismar və şəxsi həyatın gizliliyinin pozulması kimi bir çox risklər ehtiva edir.

    AzerVoice xəbər verir ki, uşaq və gənclərin böyük marağına səbəb olan bu platformalarda şəxsi məlumatların qorunması baxımından da ciddi çatışmazlıqlar var.

    Türkiyədə yerləşən İstanbul Ailə Vəqfi və İstanbul Mədəniyyət Universiteti adlı iki qrum birlikdə ailələrə dəstək məqsədilə hazırlanan “Ailələrdə Rəqəmsal Məxfilik Şüurunun Gücləndirilməsi” elmi araşdırma layihəsi, rəqəmsal məxfiliyin pozulmasında oyunların öncül olduğunu ortaya çıxarıb.

    Araşdırma layihəsi haqqında məlumat verən İstanbul Mədəniyyət Universiteti Müəllim və İstanbul Ailə Vəqfi Elmi Araşdırmalar Mərkəzi Başçısı Dos. Dr. Turgay Şirin rəqəmsal cinayətlərin ən mühüm elementlərindən birinin istismar olduğunu bildirib.

    Uşaqların oynaya biləcəyi çox oyunçulu rəqəmsal oyunlar kimi internet əsaslı tətbiqlərin yayılması ilə istismar hallarını fərqli təzahürlər aldığını ifadə edən Şirin, “Onlayn istismar hallarında uşaqların kamera qarşısında cinsi fəaliyyətə cəlb ediməsi, qurbanların cinsi məzmunlu fotoşəkillər və videolar ortaya qoymağa məcbur edilməsi, istismar xarakterli görüntülərin kommersiya və ya qeyri-kommersiya məqsədli hazırlanması, yayılması, səssiz qalmaqla bağlı əmrlər və təhdid kimi elementlər var.",- deyə qeyd edib.

    Şirin bu vəziyyətdən təkcə uşaq və gənclərin deyil, böyüklərin də təhlükə altında olduğunu vurğulayaraq, "Bu təhlükənin miqyası ilə bağlı hərtərəfli elmi araşdırmalar çox azdır. Biz də İstanbul Mədəniyyət Universiteti ilə Ailə Vəqfi arasında protokolla elmi araşdırma layihəsi həyata keçiririk. Burada əldə etdiyimiz tapıntılar bizi düşündürən və narahat edən ölçülərə çatıb. Kiber zorakılıq, rəqəmsal oyun asılılığı, texnoloji asılılıqlar kimi yeni asılılıq növlərinin ortaya çıxdığını görürük. Uşaqların təhlükə altında olduğu yaş qrupunun da 12 yaşdan aşağı düşdüyünü, 7,5 və hətta 4 yaşa qədər azaldığını gördük.",- deyə o əlavə edib.

    Qeyd edək ki, rəqəmsal məxfiliyin pozulmasında birinci yerdə rəqəmsal oyunlar gəlir. Xüsusilə onlayn söhbət otaqları olan və digər insanlarla danışmağı və ünsiyyət qurmağı tələb edən oyunlar birinci yerdədir. İkinci yerdə sosial media və digər platformalar gəlir. Xüsusilə rəqəmsal oyunlar və söhbət bölmələrində uşaqlar və gənclər vaxtlarının çoxunu keçirirlər. Onları müxtəlif yollarla hədəfə alan şəxsləər var ki, bu şəxslər ümumiyyətlə platformalarda öz yaşlarını və cinsiyyətlərini gizlədərək profillər yaradır və uşaqların bu şəkildə hədəfə alınmasına şərait yaradırlar.

    İnsanların çoxunun sosial öyrənmə yolu ilə öyrəndiyinə diqqət çəkən Şirin, "Uşaq və yeniyetmələrin psixologiyasını nəzərə alsaq, rəqəmsal oyunlar sosial mediadan daha çox rəqəmsal asılılıq təhlükəsi yaradır. Uşaqlarda maraq hərisliyi və qazanmaq istəyi kimi psixoloji impulslar olduğu üçün, vizual və audio məzmunla zənginləşdirilmiş, ssenariyə daxil olanda oyunçunu başqa dünyaya aparan və onu real dünyadan ayıran rəqəmsal oyunlara aludəçilik günümüzdə psixi və mənəvi xəstəliyə çevrilib",- deyə ifadı edib.

    Dos. Dr. Turgay Şirin, bir çox elmi araşdırmanın uşaqların, xüsusən də Türkiyədə uşaqların gündə orta hesabla 3 saatını rəqəmsal mühitdə keçirdiyini ortaya çıxardığını qeyd edərək, “12-18 yaş arası uşaqlar daha çox təhlükə altındadır, amma texnologiya faydalı istifadə olunarsa böyük fürsət yaradır. Xüsusilə yaradıcılıq, məhsuldarlıq, təhsil məqsədiylə başqa sözlə məqsədyönlü istifadə zamanı həqiqətən çox faydalı ola bilir.",- deyə fikirlərini tamamlayıb.

    Uşaqlar risk altındadır
    #uşaqlar #rəqəmsal oyunlar #kiber zorakılıq #texnoloji asılılıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyadakı Roj düşərgəsi: fransız uşaqların repatriasiyası yenidən gündəmdə

    4 İyul 2026 14:45

    Livanda 100 min uşaq yeni dərs ilindən kənarda qala bilər - UNICEF

    3 İyul 2026 18:32

    Uşaqların öldürülməsi ilə bağlı hansı hüquqi addımlar atılıb?

    29 İyun 2026 20:19

    BMT Komissiyası: İsrail fələstinli uşaqları məqsədli şəkildə hədəf alır

    23 İyun 2026 18:31

    UNICEF: Oktyabr ayındakı atəşkəsdən bəri Qəzzada 265 uşaq həyatını itirib

    19 İyun 2026 19:45

    İsrailin Qəzza şəhərinə endirdiyi zərbədə qadınlar və uşaqlar yaralanıb

    8 İyun 2026 20:46

    İran millisinin futbolçuları məktəb hücumunda həlak olanların xatirəsini yad ediblər

    8 İyun 2026 19:05

    Qəzzada toy çadırına hücum nəticəsində ölənlərin sayının artacağı gözlənilir

    6 İyun 2026 19:41

    Livanın cənubunda hava zərbəsi: 4 nəfər həyatını itirdi

    29 May 2026 21:31

    Müharibələrin bədəlini günahsız körpələr ödəyir - Ərdoğan

    23 Aprel 2026 18:40

    Ankarada qanunsuz mərc əməliyyatında saxlanılan 22 şübhəli həbs edilib

    21 Fevral 2026 17:29

    İstanbulda çirkli gəlirlərin leqallaşdırılması işi üzrə 16 nəfər saxlanılıb

    13 Fevral 2026 11:19
    XƏBƏR LENTİ

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.