Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    NASA süni Günəş tutulması yaratmağa hazırlaşır

    7 Fevral 2025 15:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    NASA süni Günəş tutulması yaratmağa hazırlaşır
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    NASA Günəşin ən böyük sirrlərini açmaq və onun Günəş sisteminə təsirini daha yaxşı anlamaq üçün yeni və innovativ bir missiyaya start verir.

    AzerVoice xəbər verir ki, ABŞ kosmik agentliyi bu həftə PUNCH (Polarimeter to Unify the Corona and Heliosphere) missiyasının detallarını açıqlayıb. Layihə çərçivəsində çamadan ölçüsündə olan dörd peyk buraxılaraq Günəşin üçölçülü müşahidələrini aparacaq və süni Günəş tutulması yaradacaq.

    Yer Günəşə yaxın olsa da, alimlər hələ də Günəşin tacı kimi tanınan xarici atmosferinin niyə səthindən daha isti olduğunu izah edə bilmir. Eyni zamanda, Günəş küləyinin necə yarandığı və kosmosda niyə sürətləndiyi dəqiq məlum deyil.

    NASA Günəş alovları və tac kütlələrinin atılması kimi hadisələri daha yaxşı öyrənərək, onların Yerə və texnologiyalara təsirini başa düşməyi və daha dəqiq kosmik hava proqnozları verməyi hədəfləyir.

    "PUNCH-in ölçmələri elm adamlarına Günəş fırtınalarının necə meydana gəldiyi və inkişaf etdiyi barədə yeni biliklər təqdim edəcək. Bu da onların Yerə təsirini və kosmosda peyklərimizə və avadanlıqlarımıza verə biləcəyi zərərləri daha dəqiq proqnozlaşdırmağa imkan yaradacaq." - deyə NASA açıqlayıb.

    PUNCH missiyası Günəşin tacını və Günəş küləyini birlikdə tədqiq edəcək. Bunun üçün peyklər süni tam Günəş tutulması yaradaraq tacın genişlənmiş, yüksək dəqiqlikli görüntülərini əldə edəcək.

    Qeyd edək ki,dörd PUNCH peyki 2025-ci il fevralın 27-də Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri Bazasından SpaceX-in Falcon 9 raketi ilə buraxılacaq. Peyklər aşağı Yer orbitinə yerləşdirilərək Günəşi 3D formatda müşahidə edəcək və kosmik hava haqqında yeni məlumatlar təqdim edəcək.

    #NASA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün - 28 İyul

    28 İyul 2026 00:01

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    17 İyul 2026 03:13

    NASA-dan yeni strateji addım - "DAPHNE" missiyası rəsmən təsdiqləndi

    28 İyun 2026 08:00

    ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin

    16 İyun 2026 09:00

    Tarixdə bu gün – 10 May

    10 May 2026 00:01

    Tarixdə bu gün – 26 Aprel

    26 Aprel 2026 00:03

    Tarixdə bu gün – 14 Aprel

    14 Aprel 2026 00:03

    Hyuston problemimiz var cümləsi ilə tarixə düşən Apollon 13 missiyası

    11 Aprel 2026 08:00

    Artemis II missiyasında kritik 40 dəqiqə başlayır

    6 Aprel 2026 10:03

    NASA-nın qara keçmişi: "Challenger" və "Columbia" fəlakətlərindən alınan acı dərslər

    28 Yanvar 2026 01:00

    Tarixdə bu gün - 13 noyabr

    13 Noyabr 2025 00:35

    Tarixdə bu gün - 29 sentyabr

    29 Sentyabr 2025 00:02
    XƏBƏR LENTİ

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

    İran İslam İnqilabı Keşikçiləri Korpusu İlamda əməliyyat keçirib

    ABŞ-nin Strateji Neft Ehtiyatı nədir və niyə mühüm əhəmiyyət daşıyır?

    Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

    Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

    İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.