Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Kolumbiyanın yeni prezidentindən silahlı qruplara qarşı ilk əməliyyat – Panama sərhəddə təhlükəsizliyi gücləndirdi

    10 Avqust 2026 10:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Kolumbiyanın yeni prezidentindən silahlı qruplara qarşı ilk əməliyyat – Panama sərhəddə təhlükəsizliyi gücləndirdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Kolumbiyanın yeni prezidenti Abelardo de Lasperiya vəzifəsinin ilk günlərində ölkədəki silahlı qruplara qarşı hərbi əməliyyatlara başlayıb. Panama isə qonşu ölkədə artan silahlı qarşıdurmalar fonunda Kolumbiya ilə sərhədində təhlükəsizlik tədbirlərini gücləndirib.

    Prezident De Lasperiya bazar günü keçirilən ilk hərbi əməliyyatlar zamanı 6 silahlı üsyançının öldürüldüyünü açıqlayıb. O bildirib ki, əməliyyatlar silahlı qruplara qarşı mübarizədə “aydın və güclü mesaj” xarakteri daşıyır və onların gizlənə biləcəkləri yer qalmayacaq.

    Kolumbiya liderinin sözlərinə görə, Meta əyalətində keçirilən əməliyyatda “FARC”ın parçalanmış qruplarından birinin rəhbəri də daxil olmaqla 4 silahlı şəxs öldürülüb. Antioquia əyalətində isə “Clan del Golfo” qruplaşmasının iki üzvü zərərsizləşdirilib.

    De Lasperiya andiçmə mərasimində narkotik ticarəti ilə əlaqəli terrorizmə və cinayətkar təşkilatlara qarşı mübarizəni prioritet elan edib. O, silahlı qruplarla dialoq imkanlarının tükəndiyini bildirərək hərbi əməliyyatların intensivləşdiriləcəyini açıqlayıb.

    Yeni prezident həmçinin ABŞ və İsrailin dəstəyi ilə üsyançılara və narkotik qaçaqmalçılarına qarşı əməliyyatların gücləndiriləcəyini, eləcə də Salvador modelinə bənzər iri həbsxanaların inşa ediləcəyini vəd edib.

    Lakin hökumətin ilk əməliyyatları ilə yanaşı, təhlükəsizlik qüvvələrinə hücumlar da qeydə alınıb. Ölkənin şimalında polis məntəqəsinə partlayıcı maddə ilə yüklənmiş pilotsuz uçuş aparatı ilə hücum nəticəsində bir polis əməkdaşı ölüb.

    Panama sərhəddə tədbirləri artırdı

    Kolumbiyadakı vəziyyət fonunda Panama da sərhəd təhlükəsizliyini gücləndirib. İki ölkə arasındakı 266 kilometrlik sərhədin böyük hissəsinin yerləşdiyi Darien meşəlik ərazisində əlavə sərhəd qüvvələri yerləşdirilib.

    Panama Milli Sərhəd Xidmətinin rəhbəri Larri Solis bildirib ki, tədbirlərin məqsədi sahilləri və sərhəd xəttini nəzarətdə saxlamaq və cinayətkar qrupların qarşısını almaqdır.

    Bununla yanaşı, Panama hakimiyyəti “Clan del Golfo” və ya Milli Azadlıq Ordusunun Kolumbiyadan ölkəyə keçməyə hazırlaşması barədə etibarlı məlumatın olmadığını açıqlayıb. Panama rəsmiləri əhali arasında panikanın yaranmaması üçün ehtiyatlı davranmağa çağırıblar.

    #Kolumbiyanın yeni prezidenti #Abelardo de Lasperiya #Kolumbiyada hərbi əməliyyat #Kolumbiyada silahlı qruplar #Kolumbiya üsyançıları #FARC #Clan del Golfo #Kolumbiyada narkotik terroru #Kolumbiyada təhlükəsizlik #Panama Kolumbiya sərhədi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    27 Avqust 2026 12:37

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    27 Avqust 2026 11:40

    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib

    27 Avqust 2026 11:05

    Kolumbiya narkotik qaçaqmalçıları üçün üzən həbsxanalar hazırlayacaq

    27 Avqust 2026 10:21

    11 sentyabrın əsas şübhəlisi nə vaxt mühakimə olunacaq?

    27 Avqust 2026 10:13

    ABŞ Asiyada Çinə qarşı zəifləyir?

    27 Avqust 2026 10:01

    Robert Köçəryan həbs edildi

    27 Avqust 2026 09:15

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    26 Avqust 2026 21:38

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    26 Avqust 2026 20:31

    İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

    26 Avqust 2026 20:28

    Böyük Britaniya İsrailin Qələndiyadakı addımını qəbuledilməz adlandırıb

    26 Avqust 2026 20:21
    XƏBƏR LENTİ

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    Küveyt qapılarını xarici biznesə açır - Azərbaycan şirkətləri və investorları üçün yaranan fürsətlər hansılardır?

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib

    Qətərin Baş naziri Tehrana gedir

    Kolumbiya narkotik qaçaqmalçıları üçün üzən həbsxanalar hazırlayacaq

    11 sentyabrın əsas şübhəlisi nə vaxt mühakimə olunacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.