Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Putin beynəlxalq nizamın yenidən qurulmasına çağırış etdi

    15 Yanvar 2026 21:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Putin beynəlxalq nizamın yenidən qurulmasına çağırış etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Rusiya beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdırılmasının vacibliyini bəyan edib.

    AzerVoice xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə xarici ölkələrin səfirlərinin etimadnamələrinin təqdim olunması mərasimində çıxışı zamanı danışıb. Dövlət başçısı bildirib ki, Rusiya istisnasız olaraq bütün ölkələrlə əməkdaşlığa açıqdır.

    Putinin sözlərinə görə, Ukrayna böhranı Rusiyanın maraqlarının uzun illər ərzində nəzərə alınmamasının birbaşa nəticəsidir. Prezident qeyd edib ki, bu müddət ərzində Rusiyanın təhlükəsizliyinə qarşı sistemli təhdidlər formalaşdırılıb.

    Rusiya lideri vurğulayıb ki, təhlükəsizlik hərtərəfli, bərabər və bölünməz olmalıdır. Onun fikrincə, bir dövlətin təhlükəsizliyi digər dövlətlərin təhlükəsizliyi hesabına təmin edilə bilməz. Bu prinsipin beynəlxalq hüququn əsas sənədlərində təsbit olunduğunu xatırladan Putin bildirib ki, həmin prinsipə məhəl qoyulmaması heç vaxt müsbət nəticə verməyib.

    Prezident Ukrayna ətrafında yaranmış böhranın da məhz bu yanaşmanın nəticəsi olduğunu deyərək, NATO blokunun Rusiya sərhədlərinə doğru genişlənməsinin ölkənin təhlükəsizliyinə yönəlmiş məqsədyönlü siyasət kimi qiymətləndirildiyini açıqlayıb.

    Putin münaqişənin mümkün qədər tez sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıb. O, Moskvanın təhlükəsizlik sahəsində irəli sürdüyü təşəbbüslərin yenidən müzakirə olunmasının zəruri olduğunu bildirib və Rusiyanın Avropa və qlobal təhlükəsizlik üçün yeni, etibarlı və ədalətli arxitektura modelləri təklif etdiyini xatırladıb.

    Rusiya prezidenti beynəlxalq arenada vəziyyətin pisləşdiyini qeyd edərək, dünya ictimaiyyətini beynəlxalq hüquq normalarına əməl olunmasını tələb etməyə çağırıb. O, Kubanın suverenliyini qorumaq niyyətini dəstəklədiyini bildirib, eyni zamanda Rusiyanın Əfqanıstanın güclü, sabit və narkotik dövriyyəsindən azad bir dövlətə çevrilməsində maraqlı olduğunu qeyd edib.

    Çıxışının sonunda Vladimir Putin Rusiyanın bundan sonra da ölçülüb-biçilmiş və balanslı xarici siyasət kursu yürüdəcəyini vurğulayıb.

    #Putin beynəlxalq nizamın yenidən qurulmasına çağırdı #Rusiya qlobal təhlükəsizlik sisteminin dəyişməsini təklif edir #Putin: Təhlükəsizlik bərabər və bölünməz olmalıdır #Moskva Ukrayna böhranının səbəblərini açıqladı #Rusiya yeni təhlükəsizlik arxitekturasının müzakirəsinə çağırır #Putin beynəlxalq hüquqa əməl olunmasını tələb etdi #Putin uluslararası düzenin yeniden kurulmasını istedi #Rusya küresel güvenlik mimarisini tartışmaya açıyor #Putin: Güvenlik eşit ve bölünmez olmalı #Moskova Ukrayna krizinin nedenlerini açıkladı #Rusya yeni dünya düzeni çağrısı yaptı #Putin dengeli dış politika mesajı verdi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Şərqi Qüds yaxınlığında bədəvi icmasına hücum edilib

    27 İyun 2026 22:21

    Livan ordusu etirazlar fonunda vətəndaşları məsuliyyətli davranmağa çağırıb

    27 İyun 2026 22:01

    Eyni adlı namizəd mübahisəsi Alyaskada gündəm oldu

    27 İyun 2026 21:32

    Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verəcəyini açıqlayıb

    27 İyun 2026 21:27

    Atəşkəs mərhələli proseslə həyata keçiriləcək

    27 İyun 2026 21:24

    İsrail ordusuna Cənubi Livanda “uzunmüddətli qalma” hazırlığı tapşırılıb

    27 İyun 2026 21:20

    İsrail Cənubi Livanda hava zərbəsi endirib

    27 İyun 2026 20:36

    ABŞ rəsmiləri Maria Korina Maçadonun Venesuelaya qayıdış planından narazıdır

    27 İyun 2026 20:19

    İsrail qüvvələri işğal olunmuş Qərb Sahilində bir neçə bölgəyə basqın edib

    27 İyun 2026 20:17

    Cənubi Livanda İsrail hücumları davam edir - atəşkəs “kövrək” olaraq qalır

    27 İyun 2026 20:06

    İran ABŞ-ı anlaşma memorandumu maddələrini pozmaqda ittiham edir

    27 İyun 2026 20:04

    Livan ordusunun komandanı Böyük Britaniya rəsmiləri ilə görüşüb

    27 İyun 2026 19:45
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 28 İyun

    Şərqi Qüds yaxınlığında bədəvi icmasına hücum edilib

    Prime Day ABŞ-da 26 milyardlıq alış dalğası yaratdı

    Livan ordusu etirazlar fonunda vətəndaşları məsuliyyətli davranmağa çağırıb

    Eyni adlı namizəd mübahisəsi Alyaskada gündəm oldu

    Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verəcəyini açıqlayıb

    Atəşkəs mərhələli proseslə həyata keçiriləcək

    İsrail ordusuna Cənubi Livanda “uzunmüddətli qalma” hazırlığı tapşırılıb

    Azərbaycandan tranzitlə Ermənistana buğda göndəriləcək

    İsrail Cənubi Livanda hava zərbəsi endirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.