#Putin dengeli dış politika mesajı verdi

Rusiya beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdırılmasının vacibliyini bəyan edib. Rusiya prezidenti Vladimir Putin bu barədə xarici ölkələrin səfirlərinin etimadnamələrinin təqdim olunması mərasimində çıxışı zamanı danışıb. Dövlət başçısı bildirib ki, Rusiya istisnasız olaraq bütün ölkələrlə əməkdaşlığa açıqdır. Putinin sözlərinə görə, Ukrayna böhranı Rusiyanın maraqlarının uzun illər ərzində nəzərə alınmamasının birbaşa nəticəsidir. Prezident qeyd edib ki, bu müddət ərzində Rusiyanın təhlükəsizliyinə qarşı sistemli təhdidlər formalaşdırılıb.