#Kuala Lumpur

Tailand Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin Kuala-Lumpurda keçirilən xüsusi görüşündən sonra Kamboca ilə sərhəddə münaqişə zonasında atəşkəs rejiminin tətbiq edilməsi ehtimalını istisna etmir. Bu barədə Tailandın Birgə Mətbuat Mərkəzinin Kamboca ilə sərhəddəki vəziyyətlə bağlı yaydığı, Krallığın Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin də daxil olduğu bəyanatda bildirilib.

Starbucks brendini idarə edən Berjaya Food Berhad-ın rüblük maliyyə hesabatına görə, şirkətin gəliri 2024-cü maliyyə ili ilə müqayisədə 36% azalaraq 477 milyon rinqit (təxminən 69 milyon dollar) zərərə düşüb. ​Hesabatda bu azalmanın “Yaxın Şərq münaqişəsi ilə bağlı mənfi əhval-ruhiyyə” ilə əlaqəli olduğu, bazar dinamikasına və müştərilərin xərcləmə vərdişlərinə təsir etdiyi qeyd edilib. Şirkət ölkədə aktivlərin silinməsi prosesi ilə üzləşib və 152.8 milyon rinqit dəyərində amortizasiya ayırması aparıb. X platformasında yayılan fikirlər, boykotların Starbucks-ın Malayziyadakı nüfuzuna ciddi ziyan vurduğunu və yerli kafelərin populyarlıq qazandığını göstərir.