Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Qəzzada aclıq səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı minə çatıb

    30 Avqust 2025 18:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada aclıq səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı minə çatıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Qəzzadakı Şifa Xəstəxanasının müdiri Məhəmməd Əbu Silmiyye, İsrailin hücumlarını və blokadasını gücləndirdiyi Qəzzada son üç həftə ərzində təxminən min nəfər böyüklərin qida çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib.

    AzerVoice xəbər verir ki, Əbu Silmiyyə bu vəziyyətin İsrailin davam edən aclıq siyasəti ilə birbaşa əlaqəli olduğunu vurğulayıb.

    "Aclıq səbəbilə xəstəxanalara müraciət edən xəstələrin və yaralıların əksəriyyəti ağır qida çatışmazlığından əziyyət çəkir"- deyə o qeyd edib.

    Əbu Silmiyyə xəstəxanaların xəstələr və yaralılarla dolu olduğunu, İsrailin intensiv bombardmanının vəziyyəti daha da ağırlaşdırdığını bildirib.

    Qəzza şəhərinə son hücumlar çoxsaylı ölüm və yaralanmalara səbəb olub və İsrail bu şəhəri “təhlükəli müharibə zonası” elan edib.

    Əbu Silmiyyə Qəzzada ciddi humanitar və sağlamlıq vəziyyətinə də toxunaraq, şimal və cənub bölgələrindən qərb bölgələrinə kütləvi köçün olduğunu və bu ərazilərin məcburi köçkünlərlə dolu olduğunu bildirib.

    O, izah edib ki, köçkünlərin immun sistemləri zəifdir və bu, yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. O, son vaxtlar yayılan virusun qızdırma, baş ağrısı, ishal kimi əlamətlərə səbəb olduğunu, immun sistemi zəif olanlarda inkubasiya dövrünün iki həftədən çox ola biləcəyini vurğulayıb.

    Qeyd edək ki, Qəzzada Səhiyyə Nazirliyi, son 24 saatda 10 nəfərin qida çatışmazlığı və aclıqdan öldüyünü, aclıqdan ölənlərin ümumi sayının 124-ü uşaq olmaqla 332-yə çatdığını açıqlayıb.

    #Qəzza #Qəzza zolağı #Şifa xəstəxanası #Qəzza hücumu #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada ərzaq çatışmazlığı #Qəzzada aclıq və səfalət #İsrail və Qəzza münaqişəsi #Qəzzada aclıq və resurs çatışmazlığı #qida çatışmazlığı #Qəzza aclıq #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44
    XƏBƏR LENTİ

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.