Mən bütün beynəlxalq ictimaiyyətə məmnuniyyətlə bildirirəm ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub.Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
#sülh müqaviləsi
İran regionda sülh və sabitliyin möhkəmlənməsi istiqamətində Azərbaycan və Ermənistan arasındakı razılaşmanı dəstəkləyir. Bunu İran prezidenti Məsud Pezeşkian bu gün Çində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.
Məlumata görə, görüşdə NATO-nun baş katibi Mark Rutte, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Almaniya, Finlandiya, Polşa, İtaliya və Böyük Britaniya liderləri də iştirak ediblər. Ukrayna prezidenti Vladimir Zelenski isə ABŞ lideri ilə telefon danışığından sonra bazar ertəsi Vaşinqtona səfər edəcəyini, Tramp ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün müzakirələr aparacağını açıqlayıb.
Serbiya avqustun 8-də ABŞ-ın himayəsi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni alqışlayır və hər iki tərəfin konstruktiv fəaliyyətini yüksək qiymətləndirir. Bu barədə Serbiya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilir.
2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişi imzaladılar. Bu saziş, Azərbaycanın 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı torpaqlarını azad etməsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı qalan ərazilərin də azad olunması ilə başlayan uzun və çətin diplomatik prosesin zirvəsi oldu.
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan dövlətinin başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında” tarixi razılaşmanı alqışlayır. Bu barədə Gürcüstan XİN-nin yaydığı bəyanatda deyilir.
Türkiyənin Ədaət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə dünən Ağ Evdə Azərbaycan və Ermənistan arasında imzalanan sülh müqaviləsinə münasibət bildirib. Çelik, bu addımın qalıcı sülh üçün mühüm bir mərhələ olduğunu vurğulayıb.
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi və bu çərçivədə avqustun 8-də Vaşinqtonda ifadə edilən iradəni məmnunluqla qarşılayırıq.
Avropa İttifaqı (Aİ) Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə bugünkü görüşünü alqışlayır.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib. “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı!!!", - paylaşımda qeyd olunub.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Donald Trampın dəvəti əsasında ABŞ-da səfərdədir. Səfər çərçivəsində ilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətə açıqlanıb. Bununla belə, məsələyə aydın nəzər yetirmək və praqmatik yanaşma sərgiləmək üçün iki əsas aspektə baxmaq lazımdır
Putinin xarici siyasət müşaviri Yuri Uşakov sammitin yerinin artıq müəyyənləşdiyini, dəqiq tarix və təfərrüatların isə hazırlıq işləri başa çatdıqdan sonra açıqlanacağını bildirib. ABŞ dövlət katibi Marko Rubio isə görüşün son dərəcə çətin olacağını, hər iki tərəfin ciddi güzəştlərə getməli olacağını vurğulayıb. Rubio həmçinin Rusiya atəşkəs elan etmədiyi halda, 8 avqustdan etibarən yeni sanksiyaların tətbiq edilə biləcəyini qeyd edib.