Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Rusiyada 8,8 bal gücündə zəlzələ olub

    30 İyul 2025 09:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rusiyada 8,8 bal gücündə zəlzələ olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Rusiyanın şərqində yerləşən Kamçatka yarımadasında bu gün yerli vaxtla səhər saatlarında 8.8 bal gücündə güclü zəlzələ baş verib.

    AzerVoice xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka şöbəsi tərəfindən məlumat verilib. Məlumata görə, zəlzələ təxminən 20 kilometr dərinlikdə qeydə alınıb və 1952-ci ildən bəri bölgədə baş verən ən güclü zəlzələ hesab olunur.

    Zəlzələ sonrası sunami təhlükəsi səbəbilə ABŞ və Yaponiyada fövqəladə vəziyyət elan olunub. Sakit okean sahilində yerləşən bölgələrdə təxliyə tədbirlərinə başlanılıb.

    Rusiya Fövqəladə Hallar Nazirliyi Kamçatkada baş vermiş sunami nəticəsində Kuril adalarına daxil olan Severo-Kurilsk şəhərinin bir hissəsinin su altında qaldığını açıqlayıb.Sunami dalğaları Paramuşir və Şumşu adalarına da çatıb, “Alaid” adlı balıqçılıq müəssisəsi də qismən su altında qalıb. Rəsmilər insan itkisi və ciddi xəsarət qeydə alınmadığını bildiriblər.

    Rusiya Elmlər Akademiyası təkrar zəlzələ dalğalarının bir ay ərzində 7.5 bal gücünə çata biləcəyi ilə bağlı proqnoz verib.

    Yaponiyanın Meteorologiya Agentliyi isə Kamçatkada baş verən zəlzələdən sonra ölkənin Sakit okean sahillərində – şimaldakı Hokkaydo adasından cənub-şərqdəki Vakayama prefekturasına qədər olan ərazidə – 3 metrə qədər hündürlükdə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb. NHK dövlət televiziyasının məlumatına görə, Miyaqi prefekturasının İşinomaki limanında 50 sm, Tokaçi limanında 40 sm, Erimo şəhərində isə 30 sm hündürlüyündə dalğalar qeydə alınıb. Tohoku və Kanto bölgələrində də 20-40 sm aralığında dalğalar müşahidə olunub.

    Yaponiya Meteorologiya Agentliyinin rəsmisi Kiyomoto Masaşi vətəndaşları sahil və çay yaxınlıqlarından uzaqlaşmağa, təhlükə tam keçənədək yüksək ərazilərə sığınmağa çağırıb. O həmçinin əlavə edib ki, sunami dalğaları uzun müddət ərzində təkrar-təkrar vurmaq təhlükəsi daşıyır və növbəti artçı təkanlar daha güclü ola bilər.

    Hadisə bölgəsində axtarış-xilasetmə və zərərin qiymətləndirilməsi işləri davam etdirilir. Hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir.

    #Rusiya #zəlzələ #sel fəlakəti #Təbii Fəlakət #sunami #fövqəladə vəziyyət elanı #Təbii fəlakətlərin idarə edilməsi #zəlzələ qorxusu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    3 Sentyabr 2026 13:34

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    3 Sentyabr 2026 11:32

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    3 Sentyabr 2026 11:17

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    3 Sentyabr 2026 10:07

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    2 Sentyabr 2026 15:50

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    1 Sentyabr 2026 18:17

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    31 Avqust 2026 12:28

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16
    XƏBƏR LENTİ

    İraq İran müharibəsinin nəticələrini ABŞ nümayəndəsi ilə müzakirə edib

    BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib

    Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

    Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib

    İranın gecə hücumlarında hərbi bazalarımız vurulmayıb - ABŞ

    İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

    Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

    Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.