10 avqustda Alyaskanın Endicott Arm fiyordunda qeyri-adi təbiət hadisəsi baş verib. Nə zəlzələ, nə də vulkan püskürməsi olmasına baxmayaraq, bəzi bölgələrdə suyun səviyyəsi 30 metrədək qalxıb. Təfərrüatlı araşdırmalar göstərib ki, Cənubi Sawyer buzlaqının yaxınlığında 3,5 milyard kubmetr həcmində nəhəng bir yer kütləsi yer dəyişdirərək sürüşməyə səbəb olub. Sürüşmənin böyük hissəsi Tracy Arm fiyorduna düşərək, “seiche” adlanan yansımalı sunamiyə yol açıb. Alyaska Zəlzələ Mərkəzi bu hadisənin 2015-ci ildən bəri ən böyük sürüşmə və sunami ola biləcəyini açıqlayıb. ABŞ Sahil Mühafizəsi hadisə sonrası havadan bölgəni yoxlayıb və dağıntıların miqyasını görüntüləyib.
#Təbii fəlakətlərin idarə edilməsi
Rusiyanın şərqində yerləşən Kamçatka bölgəsində baş verən güclü zəlzələ, müasir dövrdə qeydə alınmış ən böyük təbii fəlakətlərdən biri kimi tarixə düşdü. 8,8 bal gücündə olan zəlzələ, dünyada baş vermiş ən güclü 10 zəlzələ siyahısına daxil edilib.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka şöbəsi tərəfindən məlumat verilib. Məlumata görə, zəlzələ təxminən 20 kilometr dərinlikdə qeydə alınıb və 1952-ci ildən bəri bölgədə baş verən ən güclü zəlzələ hesab olunur.
Wipha tayfunu Honq-Konqu vurub - Çində "T10" xəbərdarlığı verilib.
İtaliyanın Sardiniya adasında 20 fərqli nöqtədə meşə yanğını qeydə alınıb.
İndoneziyanın Şərqi Flores bölgəsində yerləşən Lewotobi Laki-Laki vulkanının yenidən püskürməsi nəticəsində bölgədə ən yüksək təhlükə səviyyəsi elan olunub.