#sunami

İndoneziyanın Maluku dənizi sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb. İlkin məlumatlara əsasən, zəlzələ ətraf adalarda dağıntılara səbəb olub. Hadisədən sonra verilən sunami xəbərdarlığı isə sonradan ləğv edilib. Hazırda rəsmi qurumlar tərəfindən insan tələfatı barədə dəqiq məlumat açıqlanmasa da, ölən və yaralananların ola biləcəyi ehtimal edilir

İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 300 mindən çox əhalisi olan Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə, yeraltı təkanların ocağı isə 67 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka şöbəsi tərəfindən məlumat verilib. Məlumata görə, zəlzələ təxminən 20 kilometr dərinlikdə qeydə alınıb və 1952-ci ildən bəri bölgədə baş verən ən güclü zəlzələ hesab olunur.