Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Almaniyada terror aktı törədmək istəyən Bosniya vətəndaşı saxlanılıb

    9 İyul 2025 18:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Almaniyada terror aktı törədmək istəyən Bosniya vətəndaşı saxlanılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya federal əyalətində yerləşən Essen şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən 27 yaşlı Bosniya vətəndaşı saxlanılıb.

    AzerVoice xəbər verir ki, bu barədə “Bild” qəzeti polisə istinadla məlumat yayıb.

    Məlumata görə, istintaq bir neçə həftədir aparılırdı və dələduzluq, eləcə də terrorizmin maliyyələşdirilməsi ilə bağlı şübhələri əhatə edirdi.

    “Essen Polis İdarəsi tərəfindən Düsseldorf Prokurorluğunun rəhbərliyi altında aparılan araşdırma nəticəsində, dələduzluqla yanaşı, əldə edilən gəlirlərin islamçı motivli terror aktının maliyyələşdirilməsi üçün istifadə edilməsi ehtimalı ortaya çıxıb” – deyə, qəzet polis nümayəndəsinin sözlərini sitat gətirib.

    Ehtimal olunan hücumun, yəqin ki, odlu silahdan istifadə edilməklə həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını almaq və əlavə məlumatlar əldə etmək məqsədilə altı fərqli ünvanda axtarışlar aparılıb. Terror aktı hazırlamaqda əsas şübhəli şəxs və onunla əlaqəli ikinci şübhəli Essen və Dortmund şəhərlərində yaşayır. Axtarışlar digər əlaqəli şəxslərin evlərində də aparılıb, lakin onlar hələlik yalnız şahid qismində dindirilib.

    Qəzetin yazdığına görə, terror aktının konkret harada və necə həyata keçirilməsi planlaşdırıldığı hələlik məlum deyil.

    #Almaniya #terror aktı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful

    24 Avqust 2026 14:23

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    22 Avqust 2026 19:44

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    22 Avqust 2026 11:27

    Almaniya İsrailin İordan çayının qərb sahilində mindən çox ev tikmək planını pisləyib

    19 Avqust 2026 21:42

    Almaniya kansleri Ben-Qvirin Qəzza ilə bağlı fikirlərini “qeyri-insani” adlandırıb

    19 Avqust 2026 17:20

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Hörmüz boğazının bağlanması bizə 600 milyon dollara başa gəlib - Almaniya

    13 Avqust 2026 17:43

    İran xarici işlər naziri Almaniya həmkarı ilə danışıqlar aparıb

    10 Avqust 2026 21:12

    Qəzza planı HƏMAS-ın tərksilahına yol aça bilər - Almaniya

    10 Avqust 2026 18:35

    Hakan Fidan Fransa və Almaniyadakı həmkarları ilə regional prosesləri müzakirə edib

    10 Avqust 2026 14:49

    "Alman ordusunun qara günü"- Amyen döyüşü necə başladı?

    8 Avqust 2026 03:00

    Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul edib

    28 İyul 2026 17:58
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.