Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İran Təl-Əviv və Qüdsə raket zərbələri endirib

    17 İyun 2025 11:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran Təl-Əviv və Qüdsə raket zərbələri endirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran Təl-Əviv və Qüdsü ballistik raketlərlə vurub.

    AzerVoice xəbər verir ki, İran ilə İsrail arasında davam edən gərginliyin beşinci günündə Tehran İsrailin mərkəzi bölgələrinə qarşı yeni raket hücumları həyata keçirib.

    İranın atdığı təxminən 20 ballistik raketin bir hissəsi birbaşa Təl-Əviv və Qüdsə düşüb.

    İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı məlumata görə, hücum nəticəsində xüsusilə Herzliya bölgəsində yerləşən “həssas obyektlər” hədəf alınıb. Yerli mətbuatın yazdığına görə, raketlərdən biri avtobus parkına düşüb, nəticədə 5 nəfər yüngül xəsarət alıb.

    Qeyd olunur ki, raket hücumları zamanı Təl-Əviv, Qüds və digər şəhərlərdə güclü partlayış səsləri eşidilib, əhali sığınacaqlara yönəldilib. İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin hücumları dəf etməyə çalışdığını açıqlayıb.

    Eyni zamanda, İranın daha əvvəlki zərbələri nəticəsində ciddi ziyan görən Hayfadakı neft emalı zavodu fəaliyyətini tamamilə dayandırıb. Zavodun sahibi “Bazan Group” bildirib ki, ziyan səbəbindən həm zavod, həm də ona bağlı şirkətlərin fəaliyyəti müvəqqəti olaraq dondurulub.

    İsrail ordusu hələlik hücuma cavab olaraq hansı addımların atılacağını açıqlamasa da, bölgədə gərginliyin artdığı müşahidə olunur.

    #İsrail #İran #QÜDS #İsrail və İran gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail münaqişəsi #İsrailin İran hücum planı #Təl-Əviv Tehrana qarşı #İsrail İran əməliyyatı 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    2 Sentyabr 2026 19:53

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    2 Sentyabr 2026 19:18

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    2 Sentyabr 2026 18:29

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    2 Sentyabr 2026 18:23

    İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb

    2 Sentyabr 2026 18:20

    ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

    2 Sentyabr 2026 09:15
    XƏBƏR LENTİ

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.