Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Rubio təhlükəsizlik üzrə müşavir vəzifəsini daimi olaraq icra edə bilər - Tramp

    4 May 2025 22:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rubio təhlükəsizlik üzrə müşavir vəzifəsini daimi olaraq icra edə bilər - Tramp
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubionun milli təhlükəsizlik üzrə prezidentin köməkçisi vəzifəsini daimi olaraq icra edə biləcəyini istisna etməyib.

    AzerVoice xəbər verir ki, bu barədə Tramp "NBC News" telekanalına verdiyi müsahibədə bildirib.

    “Bəli, o bunu edə bilər. Rubio özü də bu iki vəzifəni birləşdirərək işləməyin necə olduğunu anlamaq istəyəcək, çünki bu, bir qədər fərqli məsuliyyətlər tələb edir. Hələlik bu işi o icra edəcək” – deyə Tramp qeyd edib.

    ABŞ lideri xatırladıb ki, 1973–1975-ci illər arasında bu iki vəzifəni eyni anda Henriki Kissincer də icra edib.

    “Bu vəzifələr üçün iki nəfərə ehtiyac olmadığına dair nəzəriyyə var, lakin düşünürəm ki, bu işlərin öhdəsindən uğurla gələ biləcək bir neçə böyük şəxs var” – deyə, o əlavə edib.

    Tramp həmçinin vurğulayıb ki, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini tərk edən Mayk Uoltsun ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna təyin edilməsi bir cəza deyil.

    “Xeyr, mən düşünürəm ki, o yeni vəzifəsində yaxşı işləyəcək” – deyə, Tramp qeyd edib.

    Xatırladaq ki, Politico qəzetinin verdiyi məlumata görə, Ağ Ev planlaşdırır ki, Marko Rubio ən azı altı ay müddətində həm dövlət katibi, həm də milli təhlükəsizlik üzrə prezidentin köməkçisi kimi fəaliyyət göstərsin. Bu təklifi ona şəxsən Tramp və onun administrasiya rəhbəri edib.

    #ABŞ #Donald Tramp #Ağ Ev #Marko Rubio #ABŞ administrasiyası #Tramp administrasiyası #Mayk Uolts
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    2 Sentyabr 2026 19:33

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    2 Sentyabr 2026 18:41

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    2 Sentyabr 2026 18:38

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    2 Sentyabr 2026 18:29

    Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    2 Sentyabr 2026 18:23

    İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb

    2 Sentyabr 2026 18:20

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

    2 Sentyabr 2026 09:15

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45
    XƏBƏR LENTİ

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.