Bakı, AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın paytaxtı Tiranada Türkiyənin dəstəyi ilə Balkanların ən böyük məscidi olaraq inşa edilən Namazgah məscidinin açılışında iştirak edib.
AzerVoice xəbər verir ki, bu haqda Ərdoğanın X hesabında paylaşım edilib.
Ərdoğan çıxışı zamanı 2015-ci ildə təməlini atdıqları Balkanların ən böyük məscidi olan Namazgah məscidinin bütün müsəlmanlar üçün xeyirli olmasını arzulayıb.
Albaniyanın Baş naziri Edi Ram Ərdoğan başda olmaqla, Türkiyə rəsmilərinə Namazgah məscidinə verdikləri dəstəyə görə təşəkkürünü bildirib.