Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Britaniyanın dövlət büdcəsində 22 milyard funt-sterlinq kəsir var

    30 İyul 2024 11:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Britaniyanın dövlət büdcəsində 22 milyard funt-sterlinq kəsir var
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Britaniyanın maliyyə naziri Reyçl Rivz dövlət büdcəsində 22 milyard funt-sterlinq kəsir olduğunu deyib.

    AzerVoice xəbər verir ki,nazir büdcəyə daxil olan vergi gəlirləri ilə gözlənilən xərclər arasında təxminən 22 milyard funt-sterlinq fərq olduğunun müəyyən edildiyini deyib.

    Reyçl Rivz Britaniya parlamentində çıxışı zamanı əvvəlki hökuməti dövlət büdcəsinin həqiqi vəziyyətini ört-basdır etməkdə ittiham edib. Nazir deyib ki, əvvəlki hökumət bir sıra maliyyələşdirilməmiş vədlər verib, bu ilin büdcəsindən milyardlarla funt-sterlinq sərf edib. O, Britaniya iqtisadiyyatının əsaslarını düzəltmək üçün təcili tədbirlər görülməli olduğunu əlavə edib.

    Nazir dövlət büdcəsindəki boşluğu aradan qaldırmaq məqsədilə milyardlarla funt-sterlinq dəyərində təcili ixtisarlar elan edib. Buna bəzi yol və dəmir yolu layihələrinin ləğvi, xarici məsləhətçilərə xərclərin azaldılması daxildir. O, həmçinin hazırda bütün pensiyaçılara ödənilən universal qış yanacağı ödənişlərinə son verildiyini təsdiqləyib.

    Bildirib ki, dəmiryolu layihələrinin ləğvi ilə 85 milyon funt-sterlinqə qənaət ediləcək. O, bütün dövlət departmentlərindən qənaətlər etməyi tələb edib və nazir bununla da ümumilikdə 3 milyard funt-sterlinqlik xərclərin azaldılacağını deyib.

    Britaniyanın dövlət büdcəsində 22 milyard funt-sterlinq kəsir var
    #Britaniya #Reyçl Rivz
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya BMT-də Britaniya, Fransa və Almaniyanı İran məsələsinə görə tənqid edib

    10 İyul 2026 20:04

    Tarixdə bu gün - 1 İyul

    1 İyul 2026 00:01

    Livan Prezidenti: Atəşkəs İsrailin çıxışından sonra möhkəmləndiriləcək

    24 İyun 2026 18:52

    100-dən çox Britaniya qanunvericisi əmlak satışını təbliğ edən tədbirin ləğvini tələb edib

    12 İyun 2026 22:42

    Bu gün Yəmən birləşdi

    22 May 2026 03:00

    Bu gün Osmanlıya qarşı qəbilələri üsyana çağıran agent Laurens öldü

    19 May 2026 03:00

    Britaniyalı dalğıclar Hörmüz boğazında minaların təmizlənməsi əməliyyatlarına hazırlaşırlar

    23 Aprel 2026 07:36

    Bu gün SSRİ İrandan çəkildiyini elan etdi

    24 Mart 2026 06:27

    "Çelsi" yarımmüdafiəçini "Mançester Yunayted"ə satmayacaq

    24 Yanvar 2026 10:04

    Britaniyanın Qahirədəki səfirliyi müvəqqəti bağlanıb

    31 Avqust 2025 20:18

    Macarıstan Fələstin dövlətini tanımağı planlaşdırmır

    31 İyul 2025 19:31

    Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

    7 İyul 2025 21:53
    XƏBƏR LENTİ

    İraq Ceyhan limanı vasitəsilə ixracı artırır

    Doha, Lusayl və The Pearl - Qətərdə hansı ərazidə əmlak almaq daha sərfəlidir?

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    Bu gün Paris dörd illik nasist işğalından azad olundu

    Qətərin qlobal internet reytinqində yeri açıqlandı

    Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

    Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

    Müasir Fələstin incəsənətinə ağır itki - Süleyman Mənsur 79 yaşında dünyasını dəyişdi

    Ermənistanın sabiq prezidenti Robert Köçəryan saxlanılıb

    Körfəzin ən çox itirən 4 ölkəsi - Hörmüz boğazı böhranı ən çox kimə zərbə vurdu?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.