Bakı, VOA:
Omanın vasitəçiliyi ilə İranda saxlanılan Fransa vətəndaşı azad edilib.
VOA xəbər verir ki, 2022-ci ilin sentyabrından İranda həbsdə olan Fransa vətəndaşı Lui Arnonu azad edilib.
Fransa prezidenti Emmanuel Makron Omanın vasitəçilik səylərini yüksək qiymətləndirib. O “dövlət girovları” adlandırdığı İranda saxlanılan digər üç Fransa vətəndaşının da azad edilməsinə çağırıb.
Qeyd edək ki, İrannın bu addımı bu ayın əvvəlində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Direktorlar Şurasına İranı pisləyən qətnamə layihəsi təqdim edən Fransa ilə gərginliyi azaltmaq üçün atdığı bildirilir.