Bakı. AzerVoice:
Cənubi Afrikada binanın çökməsi nəticəsində 30-dan çox insan ölüb.
AzerVoice xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının Corc Bələdiyyəsindən açıqlama verilib.
Qeyd edilib ki, bu gündən etibarən dağıntılar altında qalan 62 işçinin hamısının xilas edildiyi, axtarış-xilasetmə işlərinin sona çatdığı bildirilib.
Açıqlamada hadisə nəticəsində 33 nəfərin həyatını itirdiyi qeyd edilib.
Qeyd edək ki, yaralanan 29 işçidən 10-nun xəstəxanada müalicəsinin davam etdiyi, ölən 33 işçidən 2-nin şəxsiyyətinin hələlik müəyyən edilmədiyi bildirilib.
Hafiz Rufizoğlu